İTV Aşıq Vüqarı yad etdi – Video

İctimai TV-də yayımlanan “Ozan məclisi” verilişinin növbəti buraxılışı mərhum aşıq Vüqar Mahmudoğluna həsr edilib.

Müstəqil.Az Kult.az -a istinad edərək xəbər verir ki, aparıcı Qorxmaz Fikrətoğlunun təqdimatında efirə gedən verilişdə xalq artisti Zabit Nəbizadə, Aşıq Əli Tapdıqoğlu, Aşıq Vüqar Mahmudoğlunun övladı, sənətinin davamçısı Ələsgər Vüqaroğlu, mərhum sənətkarın tələbəsi Sahib Qaçayev iştirak edib.

İştirakçılar həm ustad sənətkar Aşıq Mahmud, həm də övladı Vüqar Mahmudoğlu ilə bağlı fikirlərini bölüşüblər və onların Azərbaycan aşıq sənətinin zənginləşməsində xidmətlərindən danışıblar.

Sözügedən buraxılışın videosunu təqdim edirik:

Müstəqil.Az

Share: