Türkiyədə dənizdən iki akula tutuldu – VİDEO

Türkiyənin Muğla vilayəti sahillərində, Aralıq dənizində yerli balıqçılar iki üçmetrlik akula tutublar.

Yerli KİV-lərin məlumatına görə, akulalardan biri 500 kiloqram, digəri 700 kiloqram çəkiyə malik olub.

Qeyd olunur ki, balıqçılar iki saata yaxın toru qayığa çıxara bilməyib.

Tutulmuş akulalar İzmirin Katib Çələbi universitetində tədqiq olunacaq.

Share: