Paşinyan Azərbaycana məğlub olmuş generalları geri qaytarır

Paşinyan 2016-cı ilin aprel müharibəsində məğlubiyyətə görə azad edilmiş generalların ordu sıralarına qayıtmaları barədə göstəriş verib.

Müstəqil.Az  Teleqrafşcom-a istinad edərək xəbər verir ki, bu məlumatı “Jamanak” qəzeti yayıb.

Qeyd edək ki, 2016-cı ilin hərbi əməliyyatlarından dərhal sonra Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın fərmanı ilə Ermənistan Silahlı Qüvvələrinin rabitə, rabitə qoşunları və avtomatlaşdırılmış idarəetmə sistemləri idarəsinin rəisi vəzifəsini tutan general-mayor Komitas Muradyan, müdafiə nazirinin keçmiş müavini – maddi-texniki təminat departamentinin rəisi Alik Mirzəbekyan və SQ-nin Baş Qərargahının kəşfiyyat idarəsinin keçmiş rəisi, general-mayor Arşak Karapetyan vəzifələrindən azad edilmişdi.

Arşak Karapetyan Nikol Paşinyanın müşaviridir. Digər iki generalla bağlı da baş nazirin göstəriş verdiyi bildirilir.

 

 

Share: