Azərbaycan-Slovakiya matçında biabırçı məğlubiyyət

Futbol üzrə AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Slovakiya oyunu başa çatıb.

Nikola Yurçeviçin yetirmələri ilk xalını slovakiyalılardan almağa çalışsalar da, yenə bunu bacarmayıblar. Əksinə, komandamız tarixində 250-ci oyununda darmadağınla üzləşib.

Matçda hesab 8-ci dəqiqədə açılıb. Qonaqların heyətində Stanislav Lobotka fərqlənib. Bundan 19 dəqiqə sonra Yuray Kuçka fərqi iki topa çatdırıb. Futbolçularımız 0:2 hesabı ilə geri düşdükdən sonra rəqib qapısına yol tapıb. Ramil Şeydayevin zərbəsi dəqiq alınıb. Lakin 1 dəqiqə sonra slovakiyalılar Marek Hamşikin qolu ilə fərqi yenidən 2 topa çatdırıblar.

Qonaqlar fasilədən sonra qapımıza daha iki dəfə yol tapıblar. Kapitan Hamşik özünün ikinci, komandasının 4-cü qolunu vurduğu halda, matçda son nöqtəni David Hançko qoyub – 5:1.

Beləliklə, yığmamız Nikola Yurçevinin rəhbərliyi altında meydanı yenə məğlub tərk edib. Rəqib isə turnir cədvəlində ilk pilləyə yüksəlib.

Qeyd edək ki, qrupumuzun digər oyununda Macarıstan Uelsi qəbul edəcək.

21:43

Futbol üzrə AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Slovakiya oyununun  birinci hissəsi qonaqların qələbəsi ilə başa çatıb – 3:1.

8-ci dəqiqədə Stanislav Lobotka fərqlənməklə Slovakiyanı önə keçirib. 27-ci dəqiqədə isə Yuray Kuçka fərqi iki topa çatdırıb. Bundan iki dəqiqə sonra millinin heyətində Ramil Şeydayev fərqi azaldıb.

30-cu dəqiqədə Marek Hamşik fərqi yenidən artırıb.

İkinci hissədə rəqibin heyətində Marek Hamşik özünün ikinci, komandasının dördüncü qolunu vurub – 4:1.

19:23

Futbol üzrə AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Slovakiya oyununun heyətləri açıqlanıb.

Bu gün “Bakcell Arena”da üz-üzə gələcək komandalar futbolçuları müəyyənləşdiriblər.

AVRO-2020-nin seçmə mərhələsi

E qrupu, IV tur
11 iyun
20:00. Azərbaycan – Slovakiya

Baş hakim: Con Biton

Baş hakimin köməkçiləri: Alan Malvanni, Sin Kerr
Dördüncü hakim: Donald Robertson (hamısı Şotlandiya)
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 9. Ağabala Ramazanov, 11. Ramil Şeydayev, 14. Rəşad Eyyubov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda

Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 13. Dmitri Nazarov, 15. Namiq Ələsgərov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 19. Əli Babayev, 21. Pavel Paşayev, 22. Aleksey İsayev

Baş məşqçi: Nikola Yurçeviç

Slovakiya: 23. Martin Dubravka, 2. Peter Pekarik, 3. Denis Vavro, 10. Albert Ruşnak, 11. Robert Bojenik, 14. Milan Şkrinyar, 16. David Hançko, 17. Marek Hamşik (k), 19. Yuray Kuçka, 20. Robert Mak, 22. Stanislav Lobotka

Ehtiyat oyunçular: 1. Matuş Kozaçik, 12. Marek Rodak, 4. Branislav Ninay, 5. Lyubomir Şatka, 6. Yan Qrequş, 7. Yaroslav Mixalik, 8. Andrey Duda, 9. Lukas Harastin, 13. Patrik Qroşovski, 15. Robert Mazan, 18. Pavol Şafranko, 21. Matuş Bero

Baş məşqçi: Pavel Hapal

Bakı. “Bakcell Arena” stadionu

Share: