Putinin mühafizəçisi Çinin rəhbərini yıxılmağa qoymadı – VİDEO

Rusiya prezidenti Vladimir Putinin mühafizəçilərindən biri Çin Xalq Respublikasının sədri Si Tszinpini səhnədə yıxılmaqdan qoruyub.

İnsident Peterburqda Beynəlxalq İqtisadi Forumun plenar sessiyasında qeydə alınıb. İki ölkənin liderləri çıxışlarını başa vurduqdan sonra zalı tərk etmək istəyib.Lakin sual vermək istəyən jurnalist və fotoqraflar səhnənin kənarına axışıblar.

Si Tszinpin zaldakılardan bir nəfərin əlini sıxmaq üçün əyilərkən, müvazinətini itirib və büdrəyib. Mühafizəçi cəld tərpənərək onu xilas edib.

Share: