Almaniyada Dünya İqlim Problemlərinin həllinə həsr olunmuş konfrans keçirildi

Bu gün, 15.11. 2017 -ci il tarixdə Almaniyanın Bonn şəhərində Dünya İqlim Problemlərinin həllinə həsr olunmuş konfransa keçirilib. 
Bu haqda Müstəqil.Az-a konfransda iştirak edən Dünya Azərbaycanlıları Məclisinin sədri  Rövşən  Qəmbər məlumat verib.
O bildirib ki, konfransdakı çıxışı zamanı 50 milyonluq Azərbaycan xalqını təbrik edib və  bir məsələdə dünyada ən xoşbəxt Xalq olduğumuzu izah etmək istəyib:
“Düz 25 il əvvəl 15.11.1992 tarixində keçmiş Sovet İttifaqının ərazisində yalnız Azərbaycanın maddi və mənəvi sərvətlərindən qaynaqlanan TEST ÜSULU vasitəsilə Ali və orta ixtisas məktəblər üçün  Vurgun Eyyubbun  təşkil etdiyi 100% ədalətli anonim qəbul İmtahanları keçirildi.
Qəbul İmtahanlarında ən yüksək “700-dək BAL” toplayan imkansız ailələrin uşaqları hüquq fakultəsinin, tibb fakultəsinin və seçim etdikləri digər fakultələrin tələbələri oldular.
Rüşvət vermədən Tibb Universitetinin tələbəsi oldular ki, indi o gənclərdən təxminən 300 həkim vətəndaşlarımız Almaniyada səhiyyə sisteminin ən yaxşı həkimləri sırasındadır və fəaliyyət göstərirlər!
Mən fəxr edirəm ki, bütün vaalideynlərimizin ən böyük arzusu balalarının  ali məktəblərə qəbul imtahanlarından bililəri səviyyəsində qiymət alaraq tələbə olmaq arzusu məhz o tarixdə gerçəkləşdirə bildi.
Sovet İttifaqının korrupsiyaya bulaşmış universitetlərində əlçatmaz sayılan təhsil islahatının Azərbaycanın bir illik hökuməti tərəfindən gerçəkləşməsi dövlətimizin ən böyük tarixi əhəmiyyəti olan uğurlarından sayılır”. 
Müstəqil.Az

Share: