Amerikaya köçən azərbaycanlı jurnalist qabyuyan işləyir ?- FOTO

Zaman-zaman müxtəlif qalmaqallarla gündəmə gələn azərbaycanlı keçmiş telejurnalist Aynur Talıbova özü haqqında maraqlı məlumat paylaşıb. Xeyli vaxtdır Amerikada yaşayan A.Talıbva orada qabyuyan işlədiyini və bunu əks etdirən fotosunu yayıb.

Müstəqil.Az bildirir ki,Modern.az saytı xəbərin nə dərəcədə dəqiq olduğunu öyrənmək üçün Facebook üzərindən Aynur Talıbovanın özü ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında işindən çox məmnun olduğunu deyib.

“Niyə görə qabyuyan işləmək utancverici olmalıdır?! Amerika böyük ölkədir. Burada qabı əllə yumaq heç də geridəqalmışlıq sayılmır. Qabyuyan işləmək də bir iş növüdür.  Düşünürəm ki, hansısa TV-də mahnı oxumaqdansa, Amerikanın Virciniya ştatında qab yumaq məsləhətdir”.

A.Talıovanın sözlərinə görə, ona yeni düzəldiyi qabyuyan işinin bir saatına görə 11 dollar ödənilir.

“Bir azdan qab yumağın texnikası üzrə kitab da yazmalı olacam”,- deyə keçmiş telejurnalist zarafatından da qalmayıb
Aynur Talıbova Amerikada yaşasa da, ailəsi üçün mətbəxə tez-tez keçdiyini söyləyib.

“Məgər hər gün restoranda oturub, yemək sifariş etmək olar?! Ailəm üçün bütün yeməkləri özüm hazırlayıram. Bu işi də sevə-sevə edirəm”.

Qeyd edək ki, əvəllər “Lider” və ANS telekanallarında işləmiş Aynur Talıbova ailə qurduqdan bir müddət sonra ABŞ-a köçüb. O, Simran Baxış adlı azərbaycanlı ilə evlidir. Onların Uğur adlı bir oğulları var.

 

Müstəqil.Az

 

Share: