Ərdoğan mötədil islama qarşı çıxdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı taxt-tacına namizəd şahzadə Məhəmməd ibn-Salmanın ölkəni mötədil islama qaytarmaq niyyətini tənqid edib.

Bununla bağlı Ərdoğan deyib: “İslam mötədil, yaxud qeyri-mötədil ola bilmz. İslam təkdir. Son zamanlar mötədil islam anlayışına diqqət yönəldilir. Ola bilsin ki, bu konsepsiyanı səsləndirən şəxs düşünür ki, bu ideya ona məxsusdur. Lakin bu Qərbdə yaranıb”.

Müsəlman dövlətlərindən gəlmiş işgüzar qadınların qarşsında çıxışı zamanı Türkiyə lideri əlavə edib ki, uzun illər öncə Avropa parlamentinin iclaslarında ona mötədil islamla bağlı suallar verilib. “İndi yenidən bu ideyanı irəli sürmək istəyirlər. Onlar doğrudan da islamı zəiflətmək istəyirlər. Biz istəmirik ki. insanlar dini xarici mənbələrdən öyrənsinlər”, – Ərdoğan qeyd edib.

Müstəqil.Az

Share: