Tanınmış azərbaycanlı jurnalist qəzaya düşdü

Jurnalist Ekspert Mərkəzinin (JEM) İdarə Heyətinin sədri Nicat Dağlar avtomobil qəzasına düşüb.

Bu barədə jurnalistin həyat yoldaşı Ülviyyə Hüseynova məlumat verib:

“Nicat bu gecə yol maşını ilə təcili Gəncəyə çıxdı. Həmin maşın yolda qəzaya uğrayıb. Nicatın olduğu “Mersedes” markalı maşın “KamAZ”la toqquşub. Allaha çox şükür ki, Nicat sağ-salamatdır. Ayaqlarından xəsarət alıb”.

Share: