“Serj Sarkisyan avropalı məmurları korrupsiyaya cəlb edir”

Avropa İttifaqı hər zaman həm Türkiyə, həm Azərbaycan istiqamətində erməniləri dəstəkləyib. Belə ki, Aİ-nin uydurma erməni soyqırımını tanımaqla bağlı sənədi var, digər tərəfdən 80-ci illərin sonlarında Dağlıq Qarabağı müstəqil tərəf kimi qəbul edirdi.

 

Azadinform xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, 3 il öncə Aİ ilə Ermənistan arasında danışıqlar başladı.

 

Politoloq deyib ki, Ermənistan prezidenti Serj Sarkisyan Metsamor AES-i bağlamaqla bağlı Aİ ilə anlaşma əldə etdi. O digər AES-i bərpa etmək üçün Rusiyadan kömək istədi: “Bu ikiüzlülükdür. Aİ özü imkan verir ki, Sarkisyan onunla bu cür davransın”.

Politoloq deyib ki, Aİ Ukraynanın və Moldovanın ərazi bütövlüyünü dəstəkləyir, lakin Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupu formatında həll edilməli olduğunu deyir. Politoloq həmçinin deyib ki, Serj Sarkisyan Avropadan gələn pullar hesabına avropalı məmurları korrupsiyaya cəlb edir və anti-azərbaycan meyllər yaradır.

Leyla Məhərrəmova 

AZADİNFORM.

 

Share: