Azərbaycanda tutulan nəhəng balıq Türkiyədə satışa çıxarıldı

Azərbaycanda tutulan 1,5 metrlik balıq Türkiyədə böyük marağa səbəb olub.

Müstəqil.Az baku.ws-yə istinadən xəbər verir ki, Muş şəhərində balıq satan Fırat Alaslan 1,5 metrlik orkinos balığını mağazasının qarşısında sərgiləyib.

Vətəndaşlar təxminən 65 kiloqram olan balıqla şəkil çəkmək üçün növbəyə durub. Bir müddət balığın sərgilənəcəyini deyən Fırat Alaslan daha sonra orkinosun satışa çıxarılacağını bildirib:

“Azərbaycanda tutulan bu balığı aldım və mağazaya gətirdim. Təxminən 1,5 metr uzunluğunda olan balıq 65 kiloqramdır. Balığın kilosunu 35 lirədən satmağı düşünürəm”.

 

Müstəqil.Az

Share: