ÖLÜM PARILTISI, QAN DAMCILARI VƏ “QARABAĞ İŞĞALINA SON!” FORUMU

“Katolik monastırları öz varlığı etibarilə məsum ölüm parıltısı ilə doludur. Divara qızıl mıxlarla mıxlanmış İsaların başında gümüş tikanlardan çələnglər var. Alınlarında yaqutdan qan damcıları, gözlərində almazdan göz yaşları vardır. Bakirə qızlar da yuxuda İsanın arvadı olmaqdan həzz alırlar”. Bu gözqamaşdırıcı səhnə mənim yox, dahi Hüqonun təqdimatındandır. Anarxist təxəyyüllü insanların sapındırıcı meyillər üzərində köklənən düşüncələrinin oturuşmasına təkan verəcək həmin “ölüm parıltısı” bu gün də gözümüzün önündədir. Monastıra qapanaraq alınlarında qan damcıları görünən Qərb dünyası “Qarabağ probleminin həlli” istiqamətində ortaya qoymaq istədiyi formatlarla Azərbaycanı axtalanmaq yaşantısıyla üz-üzə qoymaq istəyir.

LAQEYD ULUSLAR, “ULUSLAŞAN” FƏRDLƏR

Biz “”Qarabağ işğalına son!” deyə-deyə almaz göz yaşlarıyla halımıza acıyanlar tərəfindən deyəsən həm də öz sonumuza yuvarlanmaqdayıq.  Türk Dünyasının Fikir Adamlarından olan SABİR RÜSTƏMXANLInın təşkilatçılığıyla düzənlənən “Uluslararası Qarabağ Forumu”nda edilən çıxışlar və bu çıxışı edən kəslərin gerçək siyasi addımları, forumun təşkilinə ölkə siyasilərinin yanaşma tərzləri belə deməyə əsas verir. Başlayaq ondan ki, biz “”forum”a “uluslararası” format verməyə çalışsaq da, ancaq deyəsən bizim uluslarımız ayrı-ayrı fərdlərdən ibarət imiş. Hələ ki, biz başqa ulusları bizimlə eyni düşünəcək həddə qədər yaxınlaşa bilməmişik. Və ol səbəbdən də fərdlərimizi ayrıca ulus sanıb özü-özümüzə təskinlik verməkdəyik.

MİLLİ YƏHUDALARIN İSA MƏSİH MƏŞƏQQƏTİ

İLAHİ, bu millətin başına daha hansı oyunlar açılmalıdır ki, bir olmağı sərgiləməyi bacarsın. Bu gün gümüş tikanlardan bizim də başımıza çələnglər qoymağa çalışan Qarabağ probleminin həllinə yükümlü olan beynəlxalq təşkilatlar iç problemimizi özlərinin satqın Yəhudalarının əliylə həll etməyə çalışırlar. Və indi bizim içimizdə olan satqın Yəhudalar da özlərini İsa Məsih olaraq çarmıxa çəkilmək məşəqqətini zorən yaşamaqdadılar….

Qarabağın birbaşa Rusiyanın dəstəyilə Ermənistan tərəfindən işğal olunması faktıyla bağlı yetərli sənədləri beynəlxalq təşkilatlara təqdim etmədən bu problemin həllini onlara həvalə edən Cəbhə hakimiyyətinin həvarilərinin indiki hakimiyyətin ünvanına danışmasının məntiqi yoxdur….

QƏRBİN “XRİSTİAN ERMƏNİSTAN” SEVGİSİ

Və biz hələ də düz 28 il bundan əvvəlki düşüncədəyik. 1990-cı ilin Qanlı Yanvarında Şəhid olan Azər Nəsiboğlu “televizor qarşısında Qarabağı qorumazlar!” deyirdi, üstündən 28 il keçəndən sonra Qərbdə yaşayan soydaşımız ORXAN ARAS da “”biz işdənsə daha çox danışmağa üstünlük veririk” deyir. Zamandan başqa heç nə dəyişməyib. Və dəyişən bir şey var: qartıyan dərdlərimiz….

Bu gün çoxumuzun ümid yeri kimi baxdığımız Qərb dünyasında Orxan bəyin dediyinə görə “Almaniya mətbuatı yazır ki, müsəlman Azərbaycan xristian Ermənistanı vuruyor”…

Amma biz yenə də Qərbə sarı leylək sədaqətiylə boylanırıq. Və Sabir Rüstəmxanlının təşkil etdiyi o Forumda çıxış edən emosional qanadın iştirakçıları da hakimiyyəti hədəf göstərməklə dağdan dağa olan gerçəkliyi çarığımı yuma kimi dəyərləndirib məsələdən yan keçirlər…

“ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ” VƏ İLLÜZİONİSTLƏR

Ərazisi işğal olunmuş dövlət olaraq biz hər şeyə DƏRDLƏRİMİZin fonunda, Güney Azərbaycan, təkcə Qarabağ deyil, itirilmiş torpaqlarımız kontekstində baxmalıyıq. Amma forum iştirakçılarının əksəriyyətinin məntiqində hakmiyyət dəyişikliyi fonunda dərdlərimizin həll edilməsinə açar axtarma cəhdi hiss olunurdu. İSGƏNDƏR HƏMİDOVun “parlamentin buraxılması”, “ya Qarabağı azad et, ya da çıx get” tələbləri də bu kontekstdən idi. Belə emosional çıxışlar çıxış yolu deyil. Amma belə forumların keçirilməsinin intensiv xarakter daşıması çıxış yollarına aparan vasitədir. Ki, o vasitəni də Rüstəmxanlı ortaya qoyub.

ÇEKİSTİN “KİST”YLƏ VURULAN NAXIŞ VƏ YANLIŞLAR

İmperiyalar zamanı bitsə də, ancaq SÜLHƏDDİN ƏKBƏR demişkən, “bu gün geopolitik məkanda yeni oyunlar oynanılır”. Poma Papasının açıq mətnlə bildirdiyi “bu gün bəşəriyyət üçüncü dünya müharibəsini yaşayır” qənaətini deyəsən bizim siyasətçilər eşitməzliyə vurmaqdadılar…

Bu gün imperiya həvəsli illüzionistlər “fakt” olaraq əsil gerçəkliyi danır, ancaq gerçək istəklərinin əsilliyini reallaşdırmaq yolunda despot kim davranırlar. “İmperiyaya xidmət edən məmur” qismindəsə milli hökumətlərdə fəaliyyət göstərən siyasi institutlar, QHT sektoru səhnəyə çıxarılır. İncəliklə yaltaqlanmağı hamıdan yaxşı bacaran bu siyasi institutlar qrant müqabilində donor təşkilatlarının əl quşuna çevriliblər…

Keçmiş DTK işçisi olaraq Sülhəddin Əkbər şübhəsiz ki, bunu bilməmiş deyil. Belə olan tərzdə onun keçirilən forumda  “Rusiya ilə əməkdaşlıq qorunub saxlanılmalıdır”, “insan hüquq və azadlıqları təmin edilməli, hər bir vətəndaş hökuməti öz hökuməti sanmalıdır”, həm də “hakimiyyət strukturları Rusiyanın “beşinci kalonu”ndan təmizlənməlidir” deməsindəki antoqonist fikirlər başadüşülən deyil. Nədir bunlar:

  1. Rusiyanın timsalında məni bu hala salandan imdad diləmək ən yaxşı halda həmin Rusiyanın öz diktəsini ifadə edəcək “xoşbəxtlik” vəd edir Azərbaycana…
  2. Azərbaycanda vətəndaş ayrıseçkiliyi qoyulmadığı bir halda Sülhəddin bəyin fikrində həm bir seperatist meyil, həm də içimizdə gizlənən rosofillərə, iranofillərə, adlarını dəyişib “azərbaycanlı” olan ermənilərə bir sevgi duyulmaqdadı:
  3. “hakimiyyət strukturları” adı altında özünüsığortalanma cəhdi nə zamana qədər ediləcək. Atam, qardaşım, əgər bu strukturlarda “Rusiyanın beşinci kalonu” yerləşdirilib”sə, sən niyə bunların adlarını açıqlamırsan və üstəlik yüksək pafosla Qarabağ uğrunda ölüm-dirim savaşına hazır olmanı vurğulayırsan. Üstəlik, maraqlıdır, “Rusiyanın beşinci kalonu”na olan aqressiya nədənsə “Rusiya və Türkiyənin müşahidə missiyası”na qarşı məqamda birdən-birə unudulur.

Hansısa statusla rusların Dağlıq Qarabağ ərazisində yerləşdirilməsinə imkan verilməməsini iddia edən Sülhəddin bəy həm də o fikirdədir ki, “Dağlıq Qarabağa aralıq statusu verilməməlidir…Dağlıq Qarabağda hansısa referendum keçirilə bilməz və millətlərin öz müqəddaratını həll etmək prinsipi rədd edilməlidir”…

NAPALEONUN “OYUNCAQLARI”, KƏL QOŞMAYAN, CÜT SÜRMƏYƏN AYDINLARIMIZ

Deyirlər quş öz qanadına arxalanar və qurdu da meşədən aclıq çıxarar. Dünya ağalığı həsrətində olanların “Azərbaycandakı “kalonları”nın fəaliyyəti  onlara uçmaq üçün verilən qanad və qarın doyurmaq üçün verilən yem formasında üzə çıxır. Qərb poeziyasının fantastik surətləri “siyasi məhbus” yarlığı altında gizlənənlərin nəzərində bütün şeyləri adiləşdirib. Lap elə Fransanın timsalında Qərbin onları, onların da Qərbi bəyənmələri heç də hansısa “demokratiya”ya olan sevgilərindən deyil, “Napaleon oyuncaqları”na olan həvəslərindəndir.

Napaleon öz ordusunu “Böyük Ordu” adlandırandan sonra 18 generala “Fransanın marşalı”, 1,5 min əsgərə də “Şərəf Legionu” ordenini verir. Qorxunc saçan döyüşlərdə polad kimi bərkimiş müharibə veteranları Napaleonu tənqid edib, onun verdiyi ordenləri  “oyuncaq” adlandırırlar. Napaleonsa cavabında “mən insanları oyuncaqlarla idarə edirəm” demişdi…

Bu gün Azərbaycan ziyalısı, Azərbaycanın düşərgəsindən asılı olmayaraq bütün siyasətçiləri, politoloqları, QHT rəhbərləri, Azərbaycan mətbuatı para adlı həmin oyuncaqla idarə olunur. Sadalanan subyektlərin çoxu kəl qoşub, cüt sürmədiklərindən çoxları Azərbaycan çörəyinin qədrini də bilmirlər. Mətbuatın çoxu xədicəyevalaşıb, siyasətçilərin çoxu anqelamerkelləşib, terezameyləşib.

“QARABAĞIN İŞĞALINA SON!” DEMƏYƏN ZİYALILARIMIZ

Ol səbəbdən də KAXCP sədri MİRMAHMUD MİRƏLİOĞLU “biz özümüzə müsəlman deyiriksə, özümüzə müsəlman, türk deyiriksə, özümüzü türk kimi isbat edə bilməmişik”. Və düz də deyir. Ancaq elə Mirmahmud bəy başda olmaqla digər siyasətçilərimizdən soruşmaq lazımdır ki, atam, qardaşım, axı bu islamlaşma, türkləşmə prosesində məhz sizlərin siyasi maarifləndirmə işiniz əsas önəm kəsb edir. Baxın Sabir bəyin düzənlədiyi Foruma. Adam hər kəsə sosial şəbəkə vasitəsilə müraciət etmiş, “Qarabağ işğalına son!” verməyin zəruriliyinin akademik həllini tapmaq üçün bütün aydınları başına toplayıb məsləhətləşmələr aparmaq istəyir. Gəlməyənlər gələnlərdən çox idi. Qarabağ probleminin Cəmil Həsənliyə, Əli Kərimliyə, Sərdar Cəlaloğluna, Əvəz Temirxana, Əli Əliyevə, Siyavuş Novruzova, hakim partiyanın bütün funksionerlərinə, siyasi yönümlü QHT rəhbərlərinə, aidiyyatı dövlət strukturlarına, veteran, əlil təşklatlarına, qaçqın və məcburi köçkünlərə aidiyyatı yoxmudur!? Bəlkə o forumla Sabir Rüstəmxanlı Hamarkəndin əyri-üyrü yollarını düzəldəcək, ya bizim kəndə qaz xətti çəkəcək!?

ANLAYA BİLMƏDİYİMİZ GÜN – ZƏNGƏZURUN UNUDULMASI

Rüstəmxanlının o forumun təşkili üçün hərə kəsə etdiyi müraciət həm də hər kəsin anlaya bilməyəcəyi günün gerçəkliyi idi. Biz Sabir bəyin dediyi kimi hələ də anlamaq istəmirik ki, ”Azərbaycana tuşlanan toplar Avropadan, Amerikadan atılır… Qarabağ probleminin həlli istiqamətində ildən ilə daha ağır şərtlər ortaya qoyulur… Diaspora fəaliyyəti genişləndirilməlidir.. ATƏT-in Minsk Qrupunun fəaliyyəti ona yönəlib ki, Zəngəzur problemi unudulsun”.

Təəssüfləndiricidir, doğrudan da, Meydan Hərəkatı zamanı 1,5 milyon adam istiqlaliyyətimiz üçün meydana toplaşmışdısa, indi i.ğal olunmuş torpaqlarımızın həllini aramaq üçün balaca bir zalı doldura bilmirik”….

Bunu mən demirəm, tərəflər bir-birini ittiham edərkən belə söyləyirlər.

MÜHARİBƏ EHTİMALI VƏ XƏRCLƏNƏN MİLYARDLAR

Eyni yanaşma və eyni oyun tərzini millət vəkil, BAXCP sədri QÜDRƏT HƏSƏNQULİYEVin yanaşmasında görürük.

Fikirlərinə baxaq: “əlverişli şəraitdən danışırlar, hansı əlverişli şərait olmalıdır ki, bu əlverişli şərait Rusiyanın, İranın, Avropa Birliyinin dağılmasıdır, nədir?…Müharibə etmək ehtimalı yoxsa, silahlanmaya bu qədər pulun ayrılmasına ehtiyac yoxdur….Erməni ailəsinə hər gün meyid getməlidir, hər gün erməni əsgəri öldürülməlidir…Problemi xalq həll etməlidir, ancaq xalq bu savaşa hazır deyil….”

Fikirlər düppədüz və alqışlanasıdır. Ancaq Qüdrət bəy öz manevr imkanlarını işə salaraq bu işdə əsas yükümlü olaraq xalqı hesab edir. Və deyir ki, “xalq savaşa hazır deyil”. Maraqlıdır, görən Qüdrət bəy “xalq” deyəndə bəyəm Azərbaycan hakimiyyətini, Azərbaycan generalitetini, özlərini və bu səpkidən olan siyasətşünasları nəzərdə tutmur? Yox nəzərdə tutursa, axı elə bir neçə gün bundan öncə keçirilən paradda Qüdrət bəyin fikirlərinə əks arqumentlər söylənildi axı. Və Qüdrət bəygil özlərinin də əsil vətənpərvərlikləri haqqında 30 ilə yaxındır ki, virtual mühazirə oxumaqdadılar. Necə başa düşək bunu?

YOL GÖZLƏYƏN ANTİTERROR ƏMƏLYYATI VƏ BƏYANAT

QAFAR ÇAXMAQLI düz deyir ki, “işğal olunmuş ərazilərmizi ermənilər azad olunmuş ərazilər kimi təqdim edir və həmin ərazilərə artıq 23 min əhalini məskunlaşdırıblar….Erməni cəmiyyəti bizə baxanda daha aktivdir…Minsk Qrupu indiki fəaliyyətilə Dağlıq Qarabağı bizim əlimizdən almağa çalışır…Bizə təklif olunan ərazi bütövlüyü prinsipiylə xalqların öz müqəddaratını həll etmə prinsipi daban-dabana ziddir – biri olacaqsa o birisi avtomatik olaraq olmayacaq… Danışıqlarda etməni icmasının şəxsində üçüncü tərəfin qəbuledilmə prinsipini Azərbaycan tərəfi rədd etməlidir… Neçə dəfə şərait yetişsə də, Azərbaycan tərəfi antiterror əməliyyatından istifadə etməyib, bundan istifadə olunmalıdı”…

Pəki, öyləsə, nədən bu “şərait yetişən zaman” Qafarçaxmaqlılar ən azından bir bəyanat formasında həm xalqı, həm də Azərbaycan hakimiyyətini silkələməyiblər?

İZAH OLUNMAYAN TÜRKİYƏ FAKTORU

Politoloq ELXAN ŞAHİNOĞLUnun fikrincə “bizim istəyimiz olsa Türkiyə Qarabağda hərbi baza yerləşdirə bilər…Rusiya: a) Azərbaycanın Avrasiya İttifaqına girməsini istəyir: b) Rusiya Azərbaycanı Kollektiv Təhlükəsizlik Şurasında görmək istəyir: v) Rusiya Dağlıq Qarabağda öz sülhməramlı qüvvələrini yerləşdirmək istəyir..Müdafiə naziri Zakir Həsənov Rusiya mətbuatına verdiyi müsahibədə açıqca bəyan edir ki, Şoyqu mənə zəng etdi ki…Azərbaycan qırıcıları tez-tez Dağlıq Qarabağ səması üzərində uçuşlar etməlidirlər…2003-cü ildən bu günə kimi hərbi xərclərimiz 15 dəfə artıb”…

Sual olunur, cənab Elxan Şahinoğlu, siz nə zaman Türkiyənin bizim ərazimizdə ordu yerləşdirməsi imkanlarını konseptual formada xalqa izahlı şəkildə təqdim etmisiniz? İkinci bir tərəfdən, keçirilən forumun təqdimatıyla “Zakir Həsənovun yalanları”, yaxud “artan hərbi xərc”in təftiş edilməsi arasında hansı uyğunluq var ki, beləcə dərdlərimizin qartımasına daha bir gün sərf etmiş olursunuz?

SABİR RÜSTƏMXANLININ “YANLIŞ İFADƏ”Sİ

Yaxud olsun dəyərli SABİR RÜSTƏMXANLInın tez-tez öz replikalarında işlətdiyi məqam. Sabir bəy tam haqlı olaraq vurğulayır ki, “biz terminlərdən düzgün istifadə etmirik…”Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi” düzgün ifadə deyil… Bununla bizə Dağlıq Qarabağdakı erməniləri tərəf kimi qəbuil etdirirlər… Bu münaqişə deyil, bu, Ermənistan-Azərbaycan müharibəsidir”..

Yenə də pəki. Dəyərli Sabir bəyin 25 illik qanunverici orqanda fəaliyyət təcrübəsi var və 25 ildə də o ifadə elə beləcə təqdim olunub. Görən nə zaman Sabir bəy bu ifadənin düzgün olmadığını parlamentə, diplomatik korpuslara, dövlət başçımıza, xalqa apaydın bir formada bax beləcə bəyan etdi ki, onlar da bu ifadəni vaz keçməkdən usandılar!?.

SİYASİ MAARİFLƏNDİRMƏNİN İNTİHARI

“Bizdə milli birlik yoxdur”. Bunu millət vəkili, Vəhdət Partiyasının sədri TAHİR KƏRİMLİ düz deyir….”İndiki halda 1. 5 milyon insanın bir yerə toplanmaması milli birliyimizin olmamasından irəli gəlir…Mən xarici diplomatik korpusla görüşümüzdə bildirdim ki, siz Ermənistana türk-müsəlman dünyasının göbəyində anklav kimi baxırsınız…Ermənilərdən soruşmaq lazımdır ki, əgər siz Qarabağda ta qədimdən yaşayısınızsa, onda nədən 150 illik heykəl qoyubsunuz orada…Biz beynəlxalq hüquqdan istifadə edərək Dağlıq Qarabağ ərazisində antiterror əməliyyatı keçirməliyik…Özümüzdən başqa kimə deyirsən oxşayırıq”…

Əcəba, nədi bu “milli birlik”? Əgər bu gün Tahir Kərimli öz yanında oturan həmkarı Naqifkimilərə milli təsanüd nəzəriyyəsinin banilərinə daş atdığına, təhqir etdiyinə görə gözün üstündə qaşın var deyə bilmirsə və o paralamentdə oturmağı elə digər həmkarları kimi bir həzz mənbəyi sanırsa, hansı milli birlikdən danışmaq olar. Və görən nə zaman Vəhdət Partiyası antiterror əməliyyatını əsaslandırmaq üçün xalqın siyasi yöndən maarifləndirilməsini canla başla həyata keçirib. Unutmaq lazım deyil ki, bu yolda ən asan yol müsahibələr yoludur ki, Əli Kərimlilər, Hemətpənahlılar, Tahirkərimlilər də hələ ki, bundan imtina etmədədilər…

PSİXOLOJİ SARSINTI HALIMIZ

Zaman AMDP sədri İSGƏNDƏR HƏMİDOVu hələ də öz emosiyalarının ağuşuna alıb. Yaxşı oynamaq gözəl şey olsa da, ancaq qol vurmağın vacibliyi məsələni həll edir. İsgəndər bəyin öz hikkəsini daha çox Azərbaycan hakimiyyətinə yönləndirməsi də məsələnin həlli deyil. Ancaq İsgəndər bəyin “parlament buraxılmalıdır…Qarabağda ermənilərin yaşaması mümkün deyil” fikri hikkə və emosiyadan başqa bir şey deyil. Çünki o iş nə hikkəylə, nə də emosiya ilə olur.

Fikirlərinə baxaq: “Bir neçə rayon azad edildikdən sonra danışıqlar masasında ermənilər quzu kimi oturacaqlar…Dağlıq Qarabağa heç bir status söhbəti ola bilməz – yaşayırsan, yaşa, yaşamırsan, rədd ol, get…Mənim üçün ən gözəl erməni ölü ermənidir…Naxçıvandan Laçın dəhlizinə nəzarət etmək mümkün deyil, Zakir Həsənov yalan danışır”…

Zakir Həısənov “yalan danışsa” belə İsgəndər bəy bir hərbçi və bir idmançı olaraq bilməliydi ki, onun bu açıqlamasının özü cəmiyyəti psixoloji cəhətdən tam halsız vəziyyətə salır və ictimai təpki heçə enir. Bu yolla Qarabağ azad etmək olamaq, atam balası!

YASƏMƏN QARAQOYUNLUNUN “AKADEMİK YANAŞMASI” VƏ DEMƏDİKLƏRİ

Tarixçi alim YASƏMƏN QARAQOYUNLUnun həmin forumdakı çıxışı həm forumun gerçəkliyini üzə çıxardı, həm də məsələyə əsil çıxış prizmasından yanaşmağın akademik yolunu göstərdi. Ancaq…

Hələliksə Yasəmən xanımın fikirlərini təqdim edirəm: “Qarabağın azad edilməsilə bağlı iki fikir formalaşıb: a) Qarabağın azad olması Avroatlantik məkana inteqrasiyadan keçir: b) Qarabağın azadlığı Rusiyadan asılıdır…Qarabağın həllinin açarı başqa yerdə deyil, Azərbaycandadır…Fikirlərin açmasına baxaq: a) Avroatlantikaya  biz necə inteqrasiya edək ki, həmin Avropanın 20-dən artıq ölkəsi, Amerikanın 30 ştatı qondarma erməni soyqırımını tanıyıb birbaşa ermənilərin maraqlarından çıxış etmədədilər…Nə etməli?…Türk birliyi formalaşdırılmalı, diasporanın fəaliyyəti gücləndirilməli, cəmiyyət daxilində orta təbəqə yardılması işi sürətləndirilməli, iqtidar-müxalifət-cəmiyyət dialoqu təşkil edilməklə buna intensiv xarakter verməli…Cəbhə hakimiyyəti dönəmində Laçın rayonunun 33 kəndi azad edilmişdi…Bişkek protokolu imzalanan zaman Dağlıq Qarabağdakı erməni icması Samvel Babayanın imzasıyla müstəqil tərəf oldu…Bu, Azərbaycan-Ermənistan müharibəsidir, münaqişə deyil….Yenə də nə etməli sualına baxaq: Qərbi Azərbaycanın statusu beynəlxalq təşkilatlar qarşısında qaldırılmalıdır…Ermənilərə qarşı intellektual, akademik savaş açılmalıdır…9 min kvadrat kilometrlik bir ərazidə tanınan Ermənistandan işğal yoluyla əldə etdiyi 29 min kvadrat kilometrdən çox ərazini haradan əldə etməsinin haqq-hesabının sorulmasını təmin etməliyik…Ermənistan Güney Azərbaycanla 35 kilometrlik sərhəddə malikdir, bunu nəzərə alaraq Güney Azərbaycanda milli oyanış hərəkatını gücləndirməliyik…Erməni kilsəsi arasında olan çatlar yaranıb, biz o çatı dərinləşdirməliyik…Alban kilsələri bərpa edilməlidir”…

Yasəmən xanıma öz akademik çıxışını çox yanlış olaraq yekunlaşdırmasına imkan verməyən forum iştirakçılarının bu gerçək halı bizim Qarabağ probleminin həlli istiqamətindəki çabalarımızın da qarın psixologiyası və rahat yaşamımız naminə olduğundan xəbər verirdi.

Gələk Yasəmən xanımın çıxışındakı “ancaq” məsələsinə. Dəyərli Yasəmən xanım, tarixçi olaraq çox yanlışcasına vurğulayır ki, “….Laçının 33 kəndi işğaldan azad edilmişdi”. Adam bu informasdiyanı haradan və kimdən alıb? Yanlışsınız, Yasəmən xanım!!! Xəritəni qabağınıza qoyun və baxın. 1992-ci il 3 avqustda Azərbaycanın könüllülərindən ibarət ordu Laçın rayonunun Pircahan kəndində oturmuş, Tığik kəndi də daxil olmaqla Laçının 112 kəndinə nəzarəti ələ almışdı.Və dəyərli Yasəmən xanım, sizin Cəbhə hakimiyyətiniz nədənsə bu faktı gizlədi və indi də gizlədir. O zamanın müdafiə naziri Rəhim Qazıyevdən bu haqda soruşanda ağsaqqallığından dönə-dönə uzaq olsun, gözlərini döymüşcəsinə dayandı. Laçın batalyonunun komandiri Arif Paşa bundan xəbərsizliyini dilə gətirdi. Tahir Süleymanov, Elburus Orucov, rəhmətlik Zaur Rzayev susdu, Cəbhənin Leyla Yunusu “analitik informasiyalar”ı “pipi” eləyə-eləyə kimlərə verdi, xəbərimiz olmadı. Şəmistan Əlizamanlıya yalan danışmaq təqdim olundu. AVMVB sədri Füzuli Rzaquliyev, Baş Qərargah rəisi Nəcməddin Sadıqov indi də susurlar. O Oğlanlar haqlarını almasalar da, amma elə sizin də iştirak etdiyiniz o foruma qatılmağı belə özünə lüzumsuz görən Füzuli Rzaquliyev canını istinin güdazına verməyərək hansısa Sabir Rüstəmxanlının hansısa Qarabağ Forumuna qatılmağı belə özünə yaraşdırmadı. Bir günün içində ordunu Laçından çıxarıb Ağdərəyə gətirən rəhmətlik Heydər Əliyev deyildi Yasəmən xanım, sizin sevgili Cəbhə hakimiyyətinizin rəhimləri, pənahları idilər, dilləndirin, danışdırın onları, yazın o günlərin tarixini..

Yaxud Bişkek protokoluyla bağlı Nizami Bəhmənov faktorunun üstündən vaz keçməyiniz, Ermənistan-Azərbaycan müharibəsinin “münaqişə” kimi qələmə verilməsini Yaqub Mahmudov kateqoriyalı alimlərə təlqin edə bilməməyiniz də bu kontekstdəndir. Mən bilmirəm, bu gün sizin soyadınız sənədlərdə necə gedir, bax bundan danışmalıydınız, Raffiləşmək istəyən alim və yazıçılarımızın, elm adamlarımızın atdıqları addımları da çılpaqlığıyla ortaya qoymalı idiniz. Mən bir dinləyici olaraq həm də bunları gözləyirdim sizdən, səd heyif ki, bəlkə də çıxışınızda yer alan bu məqamlara ya rast gəlmədim, ya da onu tərəfinizdən izhar olunmasına sizə bilərəkdən imkan verilmədi. Pənah Hüseynin yoruculuq aurasu yaratmaq istəyi də burada az rol oynamadı.  Çünki mən Azərbaycan tarixində torpaq satan kişilər gördüm, ancaq torpaq satan QADINa rast gəlmədim. Siz tarixçi olaraq bunları yazmalı və danışmalıydınız ki, biz gələcəyimizə ümidlə baxaq. Bizim ümidlərimiz qılıncdan asılıb, sizin belə çıxış etməniz həm də o qılıncların paslanmasına rəvac verən hallardandır, dəyərli Yasəmən xanım!

PƏNAH HÜSEYNİN ÖZƏL MİSSİYASI

Qarabağ Forumu mövzusunu bir yana qoyub ancaq prezidentin fəaliyyətini təftiş etməklə məşğul olan AXP sədri PƏNAH HÜSEYN forumda səs salmaqla sanki özünün dağıdıcılıq missiyasını həyata keçirirdi. Adamın bu mövzuda bircə fikrini tapa bilmədim ki, örnək olaraq yazıya həkk edim. Adam Qarabağa yürüş etmək istəyən hansısa iştirakçılarından da danışdı. Qarabağa getmək istəyirəm deyərək hakimiyyətdən hansısa icazə almağın fəlsəfəsi nədi axı? Yollar açıqdır Qarabağa qədər, get təmas xəttini keç, qoy lap ermənilər vurub səni öldürsünlər. İnandırıram bunun ictimai əks-sədası bu danışıqlardan min dəfə artığına olacaq. Yoxsa bu konuda Aqil Abbassayaq saxtakarlıq etməklə özünü gündəmə sıramaqla biz həm də Qarabağ probleminin gerçək durumuyla razılaşmış oluruq. Pənah Hüseyni müxalif düşərgədə “dağıdıcılıq missiyası”yla mükafatlandıranlar hər zaman onun bu keyfiyyətindən istifadə ediblər. Keçirilən forumda Pənah bəy Qarabağ probleminin həlli yollarından danışmaqdansa daha çox yorucu auditoriya görüntüsü yaratmaqla məşğul idi və buna da nail oldu.

AKİF NAĞININ OXUDUĞU “ƏL-FATİHƏ”

Tədbirdə “Sabir Rüstəmxanlıdan zorla 3 dəqiqəlik vaxt alan” QAT sədri AKİF NAĞI “bu tarixi yazan mənəm” deyə Yasəmən Qaraqoyunluya irad tutsa da, Yasəmən xanımın bircə cümləsinə çata biləcək səviyyədə çıxış etmədi. Adam çıxış yolu kimi millətin QAT ətrafında birləşməsini önəmli sayır və bunun üçün yerli təşkilatların formalaşmasını məqbul sayır. Və elə bu düşüncə Qarabağ problemi üçün bir “əl-Fatihə”nin oxunmasını üzə çıxarır.

Cənab Akif Nağı, bu işğalın üstündən 30 ilə yaxın vaxt keçib, artıq yetişən nəsil Qarabağı tanımır, bir 30 il də sizin təşkilatlanmanıza vaxt sərf edəndən sonra o zamankı nəsil hansı sevgiylə bu problemə yanaşacaq, fərqindəsinizmi?! Və lütfən, dediyiniz “hər şeyimiz var, bir dənə qeyrət çatışmır” ifadənizi ümumiləşdirməyin, yanlış yanaşmadır….

BAX BELƏ..Bu da bizim forumumuz…Cənablar, Qərbin nümunəsində aslan heykəlinə təpə hazırlamaq üçün müqəddəs ölülərin sümükləri ilə qarışıq torpağı bap-balaca arabalara doldurub, onu şadlıqla daşıyan fransızlara bənzəməyək. O fransızlara benediktçi rahiblər  bir “bağışlama mərasimi” düzənləyərdilər… Bizim “günahlar” bu Vətən qarşısındadırsa, bağışlanmanı da bu Vətəndən ummalıyıq, benediktçi rahiblərdən yox!  Bizi gözləyən Müharibə və Qələbə var, bütün addımlarımız, bütün düşüncələrimiz də buna köklənməlidir. Bəs Vətən necə,  ona xəyanət edənləri bağışlayacaqmı?..Bax bunu zaman özü göstərəcək, yetər ki, biz Qarabağ problemini unudub zamanı qabaqlamağa çalışmayaq. Zamanı içinizdən keçirin… Monastırda olduğu kimi gümüş tikanlardan başınıza da çələng qoymayın. Siyasi davranışlarının məntiqi prizmasında özlərini monastır sakinləri tək göstərib  “ölülər andı” içmək Qarabağı xilası yolu deyil..Bəli, bizim üçün “ən gözəl erməni ölü erməni” olmalıdır. Bütün bunlarsa Nüqonun deyil, mənim təqdimatımda sizin söylədiklərinizdəndir….

İgid Teymurlu

Share: