Şəhidə şər atdı, onun ruhunu təhqir etdi…

“Şəhid Quliyev Cavanşır Qədir oğlu 1958-ci il 16 fevral tarixində Kürdəmir rayonun Sığırlı kəndində anadan olub. 1975-ci ildə Sığırlı kənd tam orta məktəbini bitirib, 1976-1978-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Ordu sıralarından tərxis olunandan sonra ticarət siztemində işləməyə başlamışdır. 1984-ci ildə ailə həyatı qurmuşdur. İki oğlu və bir qız övladı vardır.”
Bu tanıtım şəhidin qardaşı oğlu Zamil Quliyevin Müstəqil.Az-a ünvanladığı məktubda deyilir. Məktubda şəhidin həyat yoluna işıq tutulur:
“Cavanşir Quliyev 1988-ci ildə Umumxalq hərəkatına qoşulmuşdur. Meydan hərəkatında fəal iştirak etmişdir. 20 yanvar faciəsi zamanı etirazçıların sırasında olmuşdur.  Bədnam qonşularımız Ermənilərin Azərbaycan torpaqlarına təcavüzü zaman könüllü olaraq cəbhəyə yollanmış, özünümüdafiə batalyonlarını tərkibində, torpaqlarımızın müdafiəsində fəal iştirak etmişdir.
17 noyabr Meydan hərəkatının və Şuşa şəhərinin ərzaqla təmin olunmasında da öz silahdaşları ilə fəal iştirak etmişdir. 1992-ci ilin əvvəlində Şuşa şəhərinin mühasirəsi zamanı könüllü surətdə Şuşa şəhərinə getmiş və Nəbilər kəndi ərazisində postda xidmət etmiş, düşmənə qarşı amansız savaşlarda iştirak etmişdir.
1992-ci ilin may ayının birində kəndə gəlsə də, bir gün qaldıqdan sonra yenidən Şuşa şəhərinə qayıdmışdır. 1992-cı il may ayının 8-də Ermənilərin Şuşanı işğalı zamanı itgin düşmüşdür”.
Şəhidi Kəndimizin Qəhrəman oğlu adlandıran Zamil onu da əlavə edir ki, onun əziz xatirəsi kəndlilərinin qəlbində əbədi yaşayacaqdır.
 
Məktub müəllifi 2008 -ci ildə adına şəhidlik statusu verilən Cavanşirə bəzi qüvvələrin qara yaxçasından da bəhs edir:
“Məmmədov Sabit adlı birisi şəhidimiz Cavanşir Quliyevi danışıqları ilə təhqir etməyi yetmirmiş kimi , onun haqqında şikayət ərizəsi yazıb şəhidimizi və ailəsini təhqir etmişdir”.
Zamil Quliyev daha sonra yazır: “Bu şərəf yoxsulu olan Sabit Məmmədov şəhid Cavanşır Quliyevin 1988 -ci ildə talan məqsədilə xalq hərəkatına qoşulduğunuqarabağ uğrunda döyüşlər başladığı zamanı isə Cəbhəyə getdiyini və talançılıq məqsədi ilə döyüş bölgəsində qaldığını . Halbuki Şəhid Cavanşir Quliyev 1992-cı ildə Xocalı faciəsidən təxminən 15 gun sonra yenidən  Cəbhəyə yollanmışdır . O, gedərkən onun balaca övladının hələ bir yaşı tamam olmamışdı”.
Redaksiyaya ünvanlanan məktubda daha sonra deyilir: “Şərəf yoxsulu olan Məmmədov Sabitin bu hərəkəti kəndimizin 7500 əhalisinin həmin şəxsə qarşı böyük nifrətinə səbəb olub və onun Dövlətimiz tərəfindən cəzalandırılması üçün imza kampaniyası kecirilir”.
Müstəqil.Az

Share: