Oğlunun ailəsini dağıtdığı deyilən Elşad Qarayev özündən çıxd

ARB telekanalında yayımlanan “Səhər-Səhər” verilişinin qonaqları sırasında Rəvan və Elşad Qarayevlər də olub.

Son zamanların mövzusuna çevrilən Rəvanın ikinci həyat yoldaşından boşanma məsələsi bu verilişdə də əsas müzakirə edilib. Elgizin aparıcılığını etdiyi veriliş gərgin anlarıyla diqqət çəkib.

Belə ki, Elşad Qarayevin oğlunun ailə problemi ilə bağlı aparıcının sualına “Mən qarışmıram” deməsi verilişin digər qonaqlarından olan vəkil İkram Abdullayevi özündən çıxarıb:

“Mən qıraqda dururam demək düz mövqe deyil. Necə yəni qıraqda durasan. Sənin gəlinin var, nəvən var, oğlunun ailəsidir. Sən özün tanınmış adamsan. Mənim ata-balaya böyük rəğbətim var. Amma qayıdıb, “Mənlik deyil” deməməlidir. Elə bilirlər ki, tanınmaq, ağsaqqal olmaq, ictimailəşmək elə-belə məsələdir. Gərək hər tərəfli sənin əxlaqın yerində ola, tərbiyən yerində ola, mədəniyyətin yerində ola. Bir azərbaycanlı qızının, millətimizin balasının taleyinə “Mənlik deyil” demək onun tutduğu məqamla düz deyil. Bu məsələni özü həll etməlidir”.

Hüquqşünasın ifadələri Elşad Qarayevi hiddətləndirib. Atasının gərgin olduğunu görən Rəvan Qarayev aranı sakitləşdirməyə çalışsa da, buna nail ola bilməyib.

Ata Qarayev hüquqşünasın cavabını verib:

“Elə deyil! Mən sizin evinizin içini bilmirəm ki, siz də mənim evimin içini bilə bilməzsiniz. Mənim evimin içini sən müzakirə edə bilərsən? Mən demişəm müzakirə olunmayacaq. Müzakirə olunsa, mən bu dəqiqə durub, gedəcəm. Xahiş edirəm, bir dəqiqə, mən sənin evinin içinə qarışmıram ki, Müzakirə etmirəm ki?! Kim nə deyib, Allah canın sağ eləsin”.

Share: