SƏNSƏN GÖRƏN  GÖZÜ  AZƏRBAYCANIN !!! – Tükəzban Cahangirova

SƏNSƏN GÖRƏN  GÖZÜ  AZƏRBAYCANIN !!!

Qarabağ Azərbaycandır !!!

 

Azərbaycanda milli ordu quruculuğu  çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir

100 il əvvəl Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynayan milli ordu quruculuğu siyasətinin əsasının qoyulması xalqa göstərilən ən böyük xidmətlərdən sayılır. Dövrün ağır şərtləri daxilində dövlətin və onun nizami ordusunun formalaşdırılması xalqımıza və milli-mənəvi dəyərlərimizə verilən qiymətin təzahür formasısıdır.

Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl siyasətin, diqqət və qayğısının məntiqi nəticəsidir ki, Azərbaycan Ordusu müasir silah-sursat, döyüş texnikası, onların keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır və ordumuz dünyanın aparıcı 50 ordusu sırasındadır.

Tarixi baxımdan çox qısa bir zaman kəsiyində əldə edilən bu böyük nailiyyətlər ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dirçəliş və inkişaf strategiyasının yaradıcılıqla və uğurla həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Bu strategiyanın gerçəkliyə çevrilməsində Yeni dövrün – Qloballaşan dünyanın böyük dövlət xadimi olan Prezident İlham Əliyevin müdrik, qətiyyətli və cəsarətli siyasəti, ölkə başçısı ilə xalq arasında yaranmış sarsılmaz birlik həlledici rol oynayır.

 

Azərbaycan xalqına başçılıq edən Prezident İlham Əliyev yaşadığımız sürətlə dəyişən, dinamik dünyanın nəbzini əlində saxlayır, müasir, çevik və cəsarətli dövlət xadimi kimi beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən öz Vətəninin və xalqının xeyrinə məharətlə istifadə edir, yurdumuzu gözlənilməz və gözlənilən risklərdən uğurla qoruyur. Ölkə başçımız müasir dünyada gedən siyasi və iqtisadi proseslərə dərindən bələddir, qloballaşma və inteqrasiya nəticəsində dünya meydanında baş verə biləcək bütün dəyişiklikləri irəlicədən görür və Azərbaycanı bu dəyişiklikləri qarşılamaq üçün qabaqcadan hazırlayır, öz Vətənini həyatın bütün sahələrində qələbədən-qələbəyə qovuşdurur. Dünya bu gün iqtisadi inkişafın Azərbaycan modeli ilə maraqlanır. Doğma xalqının parlaq gələcəyinə hesablanmış müdrik islahatlar həyata keçirən böyük dövlət xadimi İlham Əliyevin – Qurucu Prezidentin inkişafın bütün sahələrini əhatə edən zəfər yürüşü uğurla davam edir!..

…İlham Əliyevin prezident sükanı arxasına keçməsindən tarixən o qədər də çox vaxt keçməyib.

Azərbaycan xalqı yaxşı başa düşürki, 2020-ci il üstünlük qazanmasına doğru istiqamətləndirilmişdir.

Prezident İlham Əliyevin apardığı mükəmməl dövlət siyasəti və ölkəmizdə monolit şəkildə formalaşmış xalq-iqtidar birliyi Azərbaycan dövlətini və xalqımızı qələbədən-qələbəyə aparmağa tam təminat verir.

Prezident İlham Əliyevin qələbəsi müstəqil Azərbaycan dövlətinin və xalqımızın qələbəsi deməkdir.

 

Eşitsin kainat, qalibdir Vətən!

Hər bir qələbəsi zəfərdir, zəfər.

Sevgimiz göydəki ulduzlar qədər,

Odur görən gözü Azərbaycanın !

 

Səsi gəlir dünyanın hər yerindən,

Çıxır zaman, çıxır öz məhvərindən.

Şair gərək nəğmə qoşa dilindən,

Odur görən gözü Azərbaycanın !

 

Həqiqət nəğməli, Babək qeyrətli,

Qələbə müjdəli, Vətən qüdrətli.

Azadlıq rəmzli, zəfər şöhrətli,

Odur görən gözü Azərbaycanın !

 

Uca tutur həmişə şux  qəddini,

Qırır əsrlərin polad səddini.

Verib insanlara məhəbbətini,

Odur görən gözü Azərbaycanın !

 

Çiynində var Vətən yükü, el dərdi,

Qayğıları sonsuz, ümman qədərdi.

Unutmayaq ki, o, Nər oğlu Nərdi,

Odur görən gözü Azərbaycanın !

 

Ulu Öndərimin yadigarıdır,

Vətənimin ürəyidir, canıdır.

Bu gün məmləkətin O, Sərdarıdır,

Odur görən gözü Azərbaycanın !

 

Imzalar içində imzan var Sənin,

Bakı-Ceyhan oldu yeni zəfərin.

Səninlə fəxr edir yurdun, Vətinin,

Sənsən görən gözü Azərbaycanın !

 

Ruhu şad olsun Mübarizin,Fəridin,

Neçə Qəhrəmanın, neçə Şəhidin.

Qisasını aldı Prezidentim,

Odur görən gözü Azərbaycanın !

 

 

 

 

Ped.üz.f.d.dos.

Tükəzban Cahangirova

 

Müstəqil.Az

 

 

mersin escort