Balaca Nuray cəbhədə döyüşən atasına məktub yazdı…

Bu gün bütün ürəklər Qarabağ deyə döyünür…
Kiçiyindən tutmuş böyüyünə kimi hamı Qarabağ deyir.Balaca Nuray-Lənkəran Dövlət Universitetinin prorektoru Kamran Kazımovun nəvəsi   döyüş bölgəsində olan  ,ön cəhbədə vuruşan  atası, baş leytenant Vüsal Kazımova məktub yazıb.
Müstəqil.Az balaca Nurayın məktubunu olduğu kimi təqdim edir :
“Canım atam, artıq bir aydır ki, Ali Baş Komandanımızın çağırışına səs verib döyüşə yollanmısan. Hər gün İlham babamız  işğaldan azad edilən kəndləri açıqlayanda sevincimiz yerə, göyə sığmır. Hər gələn günümüz bizi QƏLƏBƏYƏ YAXINLAŞDIRIR. Mən səninlə fəxr edirəm, ATA!
ANAR ƏMİMLƏ erməni dığalarını qovub zəfər bayrağımızı ŞUŞADAN asın ki, INŞAALLAH, QƏLƏBƏDƏN sonra səninlə Bütün azad olunmuş QARABAĞIMIZI GƏZMƏYƏ ÇIXAQ. Evdən nigaran olma, ATA!. HƏR ŞEY YAXŞIDIR.
MƏN HƏR ZAMAN SƏNƏ DƏSTƏK OLARAM”. 
Bu balaca cismində vətən boyda ürək daşıyan balaca Nuray və atası cəbhədə olan bütün uşaqlara tezliklə Qələbə sevinci yaşayan, xoşbəxt bir ölkənin vətəndaşları olmasını arzulayıram…
YAŞASIN AZƏRBAYCAN ORDUSU!
QƏLƏBƏ BİZİMLƏDİR! QARABAĞ AZƏRBAYCANDIR!
Aysel Səfərli
Müstəqil.Az
mersin escort