Bu kənd üçüncü şəhidini qarşıladı

Cəlilabad rayonunun Sabirabad kəndi bu gün daha bir şəhidini qoynuna aldı.

Müstəqil.Az bildirir ki, bu gün Cəlilabad rayonun Sabirabad kəndi daha bir qəhrəman övladını qarşıladı. Xüsusi təyinatlı dəstənin giziri Davud Abbasov düşmənlə vuruşda misislsiz qəhrəmanlığı ilə qəlblərdə qalacaq.

Şəhid döyüşçü Davud Abbasov II Qarabağ savaşında gizir, tank komandiri Murad Babayevdən, baş leytenent, xüsusi təyinatlı kəşfiyyatçı Musa Əsgərovdan sonra bu kənddən şəhadətə qovuşmuş üçüncü şəhiddir.

Döyüş zamanı düşmənin bir neçə zirehli teznikasını və atəş nöqtəsini məhv edən şəhidimiz tank komandiri, gizir  MURAD BABAYEV

Xüsusi təyinatlı dəstənin peşəkar kəşfiyyatçısı,  ŞƏHİDİMİZ baş leytenant  MUSA ƏSGƏROV

Xüsusi təyinatlı döyüşçü ŞƏHİDİMİZ gizir DAVUD ABBASOV

Hazırda düşmənlə çarpışmada bu kəndin onlarla oğlu vuruşur. Kəndin çox sayda gənc və orta yaşlı kişiləri səfərbərlik idarəsinə müraciət ediblər. Onlar cəbhəyə yola düşəcəkləri günü gözləyir. Allah şəhidlərimizə rəhmət eləsin. Vətən yaşasın!

Müstəqil.Az

mersin escort