Baş götür bu əhli-dünyadan ayaq tutduqca qaç…

 Həcər PAŞAYEVA

Fikirlərimi nə beşmərtəbəli, çətin terminlərlə ağırlaşmış, rənglənmiş şəkildə, nə də ki əzilə-büzülə filosofanə demiyəcəm. Adam kimi danışacam.

Çoxdan, lap çoxdan dünyanın gedişatını bir çıqqılı ağlım kəsəndən bəri bu fikrə gəlmişəm, özü də qəti şəkildə. İnsan kimi yaşamaq adamların sıx məskunaşdığı cəmiyyətlə bağlı deyil. Adamın insan kimi yaşaması üçün torpaq, təsərrüfat, təbiət, möhkəm özülü olan ailə birliyi yetərlidir. Şəhərdən uzaq komfortlu evin, bir parça torpağın olsun, orada istədiyin məhsulu yetişdir, toyuq-cücə saxla, bir də gücün çatan qədər heyvan. Vəssalam. Ən gözəl yaşayış budur. Sıx məskunlaşmış cəmiyyətin çox bəlaları, iyrənclikləri vardır. Həqiqətən, “Şəhərlər cəmiyyətin bic övladıdır”…

Rayonda evimiz lap yuxarıda-qonum-qonşudan uzaq, meşənin içində, kənar yerdə idi. Çoxlu toyuq-cücə saxlayırdım. Bir ilisi kəndin toyuq-cücələrinə xəstəlik düşdü. Hamınınkı qırılıb batdı. Bircə mənim toyuq-cücələrimdən başqa. Çünki bizim quşlar hindən çıxan kimi bir ovuc dənlərini yeyib qalxırdılar üzüyuxarı meşənin ətəyinə. Kəndin toyuq cücələrini görmürdülər. Nə də onlardan xəstəlik keçmədi.
Bir ilisi də hinduşka çolpalarının ayaqları tutuldu. Beş-altı imriklənmiş çolpa yeriyə bilmədi, qaldı yerdə. Hamı xəstə cücələri tulladı dərəyenişə ki, o birilərə xəstəlik keçməsin. Mən isə ayrıca qutuda saxladım və yazığım gəldi atam, dərədə ac-susuz ölsünlər. Yamacda bir kolun altında qabaqlarına dən-su qoyur, axşam hinə gətirir və gözləyirdim nəticəni. Beş-altı gün belə keçdi. Bir gün onları kolun yanına qoyanda gözüm gicitkənə sataşdı. Ağlıma gəldi ki, axı deyirlər, bu bitki oynaq xəstəliyinin dərmanıdır. Çolpaları bir-bir götürüb ayaqlarına gicitkənlə möhkəm döydüm. Səhəri gün getdim ki, ayaqlarını artıq tərpədə bilrlər. Gündə iki dəfə “müalicəmi” davam etdirdim.Cəmi üç günə sağalıb qoşuldular o birilərə. Böyüdülər və kəsəndə hərəsinin bir ləyən əti oldu. O hinduşkaları Tanrı mənim qismətimdən çıxarmadığı üçün ağlıma saldı ki, elə müalicə edim. Eləcə də insanın öz xəstəlikləri. Bunlardan çox faktlar yaza bilərəm. Bir dəfə yoldaşım ağır qrip xəstəliyinə tutulmuşdu. Üç gün yüksək temperaturla yatdı. Sonra qalxıb deyinə-deyinə geyinərək tüfəngi götürüb meşıyə qalxdı. Qorxumdan ölürdüm ki, xəstə ola-ola şaxtada getdi, ağırlaşacaq. Axşamüstü qayltdı. Xəstəliyini meşədə qoyub gəlmişdi. Təbiət bizə hər şeyi verir və ondan istifadə üçün bəsirətimizi də açır. İnsan nəyə görə tez-tez təbiət qoynuna getməyə can atır? Əgər ora sənə belə böyük rahatlıq və dinclik gətirirsə, demək, orada yaşamaq üçün yaranmısan.
Hər yaranan varlıq təbiətin bir parçasıdır . Onu çox çirkləndirdilər, yaman günə qoydular, yaşamaq üçün yararsız hala saldılar. Gedib uzaq yad planetlərdə yaşamaq üçün yer axtarırlar. Yazışdığım alimlər oralarda yaşamağın bəzi şərtlər daxilində mümkün olduğunu, çox sirlərin hələlik insanlardan gizlədildiyini deyirlər. Ancaq mən bunların heç birinə inanmıram. Boş və mənasız xülyalardır. Tanrı bizə bələd deyilmi? O, bizə Yeri beləmi vermişdi? Yeri bay elədilər, qaldı o biri məkanlar? Getsələr, oraları da buranın gününə qoyacaqlar. Ona görə də Tanrı imkan verməyəcək, yeni məkanlara köçüb Yerin gününə salsınlar. Hər kəs özündən qiyaslanar. Rayonda kənddə camaat gedirdi qarağat yığmağa. Koğa ilə kolları əyib yığmağa ərinir, kolları baltalayb yerə qoyur, elə yığırdılar. Pis olurdum. “Axı bunlar sizə gələn il də lazım olacaq.Onda hardan yığacaqsınız?”-deyirdim. İndi də qabları yuyanda yuyucudan ona görə qənaətlə istifadə edirəm ki, dəniz çirklənməsin.)) Gülməli görünsə də, niyyəti nəzərə çatdırıram. Qab yuyanda dünya okeanını düşünən adam..Yerin, təbiətin qayğısına qalmalıyıq..Hər birimiz. Təbiətin, bu gözəlim dünyanın axırına çıxdılar. Belə getsə, o da bizim axırımıza çıxacaq. Tanrının bizim üçün yaratdıqlarını məhv etməyə ixtiyarımız yoxdur.
Qarabağ döyüşlərinin bu şərəfli, çətin zamanında ordumuzdan Qarabağın bütünlüklə alınması xəbərini gözləyirik. Hamımız o yerləri görmək, orada yaşamaq istəyirik. Tədqiqatçı alimlərin fikrincə, insan üçün fizioloji baxımdan ən optimal yaşayış şərtləri ilə uyğunlaşan məkan Qarabağdır. Başda Laçın rayonu olmaqla. Oraya qayıdacağıq. Ancaq zaman o zaman deyil. Dağlıq rayonlardan o vaxtlar gəncləri baş götürüb başqa yerlərə, Rusiyaya getməyə məcbur edən səbəblər daha olmamalıdır. Uzaq kəndlərə yol çəkilməmişdi, avtobus yox idi. Kəndlərdə orta məktəb yox idi. Şagirdlər neçə km. yolu piyada gedib orta təhsil alırdılar. Onların əzminə həmişə heyran qalırdım. İşıqlar sönür, həftələrlə yanmır, dünyadan təcrid olunurduq. Mağazalara gələn ən yaxşı malları əl altından öz aralarında bölüşdürür, möhtəkir alverçilərə verirdilər. Bu çətinliklər gəncliyi dağlıq bölgələrdən perikdirirdi.
Dövlət, məmurlar xalqın nəyə qadir olduğunu gördü. Torpaq üçün xalqın övladları keçdi canından, məmur balaları yox. Bundan sonra dövlətdən demokratik qanunlar, dəyişikliklər gözləyirik. Şəhid ailələrinə, övladlarına həssaslıqla yanaşılmalı, qayğılarına qalınmalıdır. Rayonların hamısında mımurların biçənək və torpaqları çəpərləməsi aradan qaldırılmalı, Xəzərin qarşısına çəkilən sədlər yıxılmalıdlr. Xalqın sərvəti, tıbiəti xalqa qaytarılmalıdır. Bürokratçılıq, mənəm-mənəmlik, monopoliyalar, ağır, sərt korruosiya aradan qaldırılmalıdır. Heç kim min il yaşamır. Bir dəqiqə sonra nə olacağı bilinmir. Haram yolla yığdıqları var-dövləti xərcləyəcəklərinə əmindirlərmi? O var-dövlət xalqın özünə qaytarılmalıdır. Dövlətimizdən bunları gözləyirik.
Hamının azad ölkədə, istədiyi məkanda gözəl yaşamaq hüququ var. Bu hüququ əlimizdən alanlar tezliklə hakimiyyətdən uzaqlaşdırılmalı, yeni ruhlu, xalqı düşünən, savadlı gənc nəsil hakimiyyəti təmsil etməlidir. İnşallah, buna ümidimiz çoxdur.
mersin escort