İB əsgərlərimizə pay göndərdi – Foto

Dənizçilərə Sosial Dəstək İctimai Birliyi II Qarabağ müharibəsində iştirak edən əsgərlərimizə yardım kampaniyasına start verib.

Müstəqil.Az bildirir ki, bu barədə Axar.az-a açıqlamasında İB-nin sədri, şair, publisist Faiq Balabəyli deyib. O bildirib ki, xaric ölkələrdə fəaliyyət göstərən dənizçilər və onların ailələri bu aksiyada aktiv iştirak edirlər:

“Düzdür, Xəzər Dəniz Gəmiçiliyi və digər dənizçilik idarələri Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna dəstək olublar. Amma bununla yanaşı mən Dənizçilərə Sosial Dəstək İB-nin sədri olaraq, BƏƏ, Qətər, Türkiyə, Braziliya və digər xarici ölkələrdə çalışan dənizçilərimizə müraciət etdim və onlar da böyük məmnuniyyətlə bu çağırışa qoşuldular. Özləri uzaqda olsalar da, ailə üzvləri bu aksiyaya həssaslıqla yanaşdılar və yardım etdilər.

Xüsusilə Qarabağ müharibəsinin veteranı, kapitan Ramiz Hüseynov, Nazim Həbibov, Valeh Ağabalayev, Fərhad Şahpələngov, Mehdi Yusifov, Qüdrət Məhərrəmov, Feyzulla Əliyev, Azər Qocayev, Şakir Məmmədov, Asəf Paşayev və bir çox kapitan və dənizçilərin ailəsi əsgərlərimiz üçün isti əlcək, papaq, corab və radioqəbuledici batareya, quru qida və s. kimi yardımlar etdilər. Bundan başqa, hər bir qutuda dənizçi ailəsinin qəhrəman əsgərlərimizə məktubu var”.

Nərmin Əkbərli

mersin escort