Elektrik qatarı yeniyetməni sürüdü – ANBAAN VİDEO

 

Rusiyada baş verən dəhşətli hadisənin görüntüləri yayılıb.

Bununla bağlı REN TV məlumat yayıb.

Bildirilib ki, yeniyetmə qatardan enmək istəyərkən ayağı qapı arasında ilişib. Ətrafdakılar dərhal ona kömək etmək istəsələr də, onların səyləri boşa çıxıb.

Elektrik qatarı hərəkət edərək, 13 yaşlı oğlanı əvvəlcə platformada, daha sonra isə çınqıl və relslərin üzərində sürüyüb.

Hadisə nəticəsində ağır xəsarət alan yeniyetmənin üzü tanınmaz hala düşüb.

Faktla bağlı cinayət işi başlanıb.

Həmin görüntüləri təqdim edirik:

mersin escort