Düşmənin Tərtərə hücumuna Türkiyədən – Reaksiya

Ermənistanın Azərbaycanın yaşayış yerlərinə qarşı hücumlarını şiddətlə qınayırıq.

Müstəqil.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ermənistanın son olaraq Tərtərdəki qəbiristanlığa hücumu nəticəsində cənazə mərasimində iştirak edən 3 mülki şəxs həyatını itirib, 5 nəfər də yaralanıb. İrəvan bu addımı ilə oktyabrın 10-da elan edilən humanitar atəşkəs qaydalarını pozur. İnsanlıqdan payını almayanlar azərbaycanlı qardaşlarımızın cənazələrini belə dəfn etməyə icazə vermirlər. Ermənistan bir daha hüquq tanımaz üzünü bütün dünyaya göstərdi. Türkiyənin Can Azərbaycanın qəhrəman xalqı ilə həmrəyliyi daimidir”, – məlmatda bildirilib.

Müstəqil.Az

mersin escort