Ermənistan jurnalistləri atəşə tutdu, xəsarət alan var

AZTV-nin cəbhə bölgəsində olan çəkiliş qrupu Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.

“Report” xəbər verir ki, telekanalın çəkiliş qrupu Tərtərin Düyərli kəndində olarkən yaxınlıqlarına mərmilər atılıb.

Nəticədə AZTV-nin sürücüsü Namiq Qəmbərov yaralanıb. Sürücünün həyati təhlüəksi yoxdur.

Mərmi partlaması nəticəsində avtomobilə də ziyan dəyib.

 

Müstəqil.AZ

mersin escort