Kremlin maraqları və Dağlıq Qarabağ probleminə yanaşması dəyişir – Əli HƏSƏNOV yazdı

Cənubi Qazqazda son bir neçə ayda müşahidə olunan proseslərə, xüsusən də 27 sentyabr 2020-ci ildən başlayaraq Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ cəbhəsində yaşanan hadisələrə, iki həftəlik qanlı döyüşlərə Moskvanın nümayiş etdirdiyi qəribə və əvvəlki illərdəkindən bir qədər fərqli mövqe belə bir qənaətə gəlməyə əsas verir ki, rəsmi Kreml bu məsələlərlə bağlı özünün 30 illik taktika və strategiyasını dəyişməyə qərar verib.

Əgər keçən oruz ildə Moskva “Dağlıq Qarabağ münaqişəsinin mövcudluğunda və həllinin uzanmasında” maraqlı görünürdüsə, mövcud qarşıdurmadan hərbi-geostrateji cəhətdən hərtərəfli bəhrələnərək, həm bütövlükdə bölgəni, həm də xüsusən Azərbaycan və Ermənistanı öz geosiyasi təsir dairəsində saxlamağa çalışırdısa, hazırda bu taktika müasir dünya siyasətinin yeni reallıqları fonunda getdikcə daha az perspektivli görünür. Çünki, Ermənistan tərəfi Moskvanın keçmiş taktikasını bundan sonra da müdafiə etməkdə maraqlı görünsə də, torpaqları işğal altında qalan Azərbaycan dövləti öz narazılığını getdikcə daha açıq formada ortaya qoymaqla, mövcud “status kvo” ilə heç zaman barışmayacağını birmənalı nümayiş etdirməyə başlamışdır.
Şəkildə bunlar ola bilər: səma, bulud və çöldə
Digər yandan, son zamanlar bölgədə ciddi hərbi-siyasi amilə çevrilən Türkiyə faktorununu və Azərbaycan xalqının artan türk sevgisi fonunda antirus əhval-ruhiyyəsinin güclənməsini də görməzdən gəlmək Moskvaya bu həssas bölgədə yaxşı bir perspektiv vəd etmir. Xüsusən son dövrlərdə Türkiyə dövləti bütün beynəlxalq və regional müstəvilərdə DQ münaqişəsinin və işğal faktının uzanmasından ciddi narahat olduğunu və bu məsələnin həlli üçün Azərbayvana hərtərəfli dəstək vermək əzmini nümayiş etdirməyə başlamışdı.
Göründüyü kimi, Moskva bir tərəfdən 30 il müddətində onun DQ münaqişəsi ətrafında apardığı qeyri səmimi siyasəti gizlətməyin getdikcə çətinləşdiyini, Cənubi Qafqazda Azərbaycan kimi qiymətli və mühüm bir tərəfdaş ölkəni itirməsi və Türkiyə ilə hərbi-siyasi bloka girmə bilməsi təhlükəsinin getdikcə daha real məzmun kəsb etdiyini, Ermənistanın və Paşinyanın da getdikcə daha çox “müstəqilləşməsi” və Qərblə yaxınlaşması fonunda Kremlin təsirindən çıxa bilməsi təhlükəsinin reallığını nəzərə alaraq, öz taktikasını dəyişməyə məcbur olmuşdur.
Kremlin yeni taktikası əvvəlki illərdəkindən fərqli olaraq “münaqişəni uzatmaqla tərəfləri özündən asılı vəziyyətdə saxlamaq” yolu ilə deyil, bu dəfə “mövcud problemi yenilənmiş Madrid prinsipləri əsasında həll etməklə Cənubi Qafqazın gələcək sülhyaratma proseslərində əsas hərbi-strateji rıçaqları ələ keçirmək və münaqişə tərəfləri arasında dinc-yanaşı yaşama rejiminin qarantına çevrilmək” yolu ilə həyata keçirməkdən ibarətdirist.
Bax: Madrıd prinsipləri, Lavrovun zaman-zaman münaqişənin həlli yolları ilə bağlı səsləndirdiyi fikirlər, rus mediasında Dağlıq Qarabağla Azərbaycan arasında gələcəkdə “sülhyatatma missiyasını” həyata keçirəcək hərbi kontingent haqqındakı çağırışlar.
mersin escort