Əsgərimiz niyə erməni qadını xilas etdi…

Rəfiqə ƏLİSƏFA yazdı

Bu gün Azərbaycan Ordusunun əsgərləri döyüş bölgəsindən Ermənistan vətəndaşı Aznif Baqdasaryanı xilas və təxliyə etdi.

Bu addımı ilə Azərbaycan Ordusu həm xalqına, həm dostlarına, həm də düşmənlərinə kim olduğunu göstərdi. Azərbaycan Ordusu göstərdi ki, döyüş meydanında əli silahlı düşmən üçün ən təhlükəli qüvvə, əli yalın mülki vətəndaş üçün isə xilaskardır. Bəli, hətta bu vətəndaş erməni olsa da.

Əsgərimiz bir daha sübut etdi ki, biz sülh carçılarıyıq! Bizə barış, firavanlıq və insanpərvərlikdən başqa heç nə lazım deyil.

Biz Xocalıda işgəncə ilə qətlə yetirilən kişilərin, yandırılan, işgəncə verilən, zorlanan qadınların nəvələri olsaq da, insani hisslərimizi, mərhəmətimizi, vicdanımızı itirməmişik. Bu təmiz hissləri bizdən heç bir itki, heç bir faciə, heç bir vəhşilik ala bilməyib və bilməyəcək.

Azərbaycan bu gün bütün dünyaya öz düşmənindən nə qədər uca, nə qədər humanist, nə qədər sülhpərvər olduğunu göstərdi.

Erməni xalqı da gördü ki, ordusunun sahib çıxa bilmədiyi qadınına Azərbaycan əsgəri və dövləti sahib çıxdı. Gördü ki, onlar kimi cılız və ləyaqətini itirmiş bir millətə qarşı belə öz böyüklüyümüzü nümayiş etdirməyə hazırıq. Gördü ki, ölkəsinin birinci xanımının snayperli müharibə çağırışlı pozlarından sonra belə erməni qadını da olsa, onu xilas etməyə hazırıq.

Biz işğalçı, təcavüzkar, barbar deyilik. Biz sülh yolu ilə geri ala bilmədiyimiz torpaqlarımızı bütün beynəlxalq prinsip və normalara hörmət edərək düşmən tapdağından xilas edirik. Əgər bu ərazidə yaşayan erməni mülkilər də xilas olmaq istəyirsə, biz onları da xilas etməyə hazırıq.

Çünki biz Azərbaycanlıyıq – biz heç vaxt erməni səviyyəsinə enməyəcəyik…

mersin escort