Türk jurnalistlər Cəbrayılda – VİDEO

Türkiyənin TV100 telekanalının Qarabağa ezam edilmiş çəkiliş qrupu ordumuzun oktyabrın 4-də düşmən işğalından azad edilən Cəbrayıl kəndlərinə daxil olub.
Telekanalın çəkiliş qrupunun üzvlərindən Burak Ersemiz və Bülent Kördemirci işğaldan azad edilmiş Cəbrayıl kəndlərindən keçərək, İran sərhədi boyu uzanan yolla Cəbrayıl şəhərinə doğru irəliləyir. Bu zaman düşmən artilleriyasının atdığı mərmilərin ara-sıra həmin yolun yaxınlığına düşdüyü görünür. Lakin yol tamamən ordumuzun nəzarətindədir və Azərbaycan ordusunun çoxsaylı hərbi texnikası yol boyu görünür.
Çəkiliş qrupu Şükürbəyli kəndinin xarabalıqlarına daxil olur və orada Azərbaycan ordusunun tanklarının dayandığı görünür. Kördemirçi bildirir ki, bundan qabağa getmək təhlükəlidir və o, Cəbrayıl şəhərinin qalıqlarını uzaqdan nişan verir, döyüşlərin orada getdiyini qeyd edir.

Müstəqil.Az

 

mersin escort