BMT Təhlükəsizlik Şurası: İkiüzlülüyün əyani nümunəsi

BMT Təhlükəsizlik Şurası: İkiüzlülüyün əyani nümunəsi
      BMT Təhlükəsizlik Şurası 1992-1993-cü illərdə beynəlxalq hüquqa istinad edərək dörd Qətnamə qəbul etmişdi və “ Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çəkilməsi” tələbini ortaya qoymuşdu. 30 ildir Ermənistan adlanan cırtdan boyda bir satellit “dövlət” faktiki olaraq dünyaya  və BMT TŞ na meydan oxuyaraq, torpaqlarımızın işgalını davam etdirir.
   Bir gün əvvəlsə həmin BMT TŞ-sı dünyada hökm sürən ikili standartlardan çıxış edərək öz prinsiplərinə və beynəlxalq hüququn tələblərinə zidd formada bəyan edir ki, “bəs sən demə Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik yoldan başqa həlli yoxuymuş”… Türkün sözü olmasım “olsun banam, olsun”! Buyur da, dünya müdiriyyəti sən, beynəlxalq hüquq və beynəlxalq güç mexanizmləri sənin əlində, həll elə görək necə edirsən.?! 30 ildir qəbul etdiyin dörd Qətnaməni təmin elə, Azərbaycanı bu işgaldan qurtar biz  də sənin ədalətinə və gücünə inanaq…Məgər quldur ermənilər həmin torpaqları siyasi-diplomatik yollarlamı işgal etmişdi ki, indi də Azərbaycan onları siyasi-diplomatik yollarla geri alsın… Burax sən allah bu boş-boş, quru sözdən başqa heç nəyə yaramayan “siyasi-diplomatik” oyunlarını, daha bir 30 il başımızı aldatmaqda davam elə görək, sonu harda bitəcək bu işlərin… Azərbaycansa hazırda öz haqqı olan, beynəlxalq hüquqa və beynəlxalq prinsiplərə uyğun formada, sadəcə olaraq işgal altında olan torpaqlarını azad etməklə məşğuldur.
İnşallah, bu iş uğurla başa çatsın, eybi yox bir dəfə də toplanarsınız və mövcud “problemin siyasi-diplomatik əsalandırılması” məsələsini müzakirəyə çıxararsınız…
Əli Həsənov
 Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri, ictimai-siyasi xadim, I dərəcəli dövlət müşaviri.
Müstəqil.Az
mersin escort