Oscar Film Production iki layihə ilə tamaşaçıların görüşünə gəlir… – FOTO

Bu gün Azərbaycan kanallarında yeni serial mövsümü başlayır. Oscar Film Production da bu gün tamaşaçıların görüşünə iki layihəylə gəlir:

 

Azərbaycan teleməkanında maraqla izlənən,  “Youtube” kanalında daim trenddə olan, ən uzunömürlü seriallardan biri – qalmaqallı “UÇURUM” serialı  artıq 3-cü mövsümünə yeni ailələr, yeni hadisələr, yeni ab-havayla başlayacaq. Baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru Vüsal Məmmədov, ssenari müəllifləri Xanım Aydın və Yeganə Cansail olan serial ARB kanalında sentyabrın 21-dən etibarən həftə içi dörd gün saat 21.00-da ekranlara çıxacaq.

 

Bu gün cəmiyyətdəki bir çox problemləri özündə əks etdirən, ötən mövsümdə sevilən, ən çox baxılan seriallardan olan “BİR QADIN” serialı 2-ci mövsümünə  sentyabrın 21-də saat 21.40-da ATV kanalında başlayır. Baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru  Şahin Qəhrəman,  ssenari müəllifi Çinarə Nüsrətli olan serial həftə içi dörd gün yayımlanacaq.

 

Müstəqil.Az

mersin escort