Müharibə qapıdadır: Kreml Nikola kömək etməyəcək – Trofimçuk

Qarabağ hərbi-siyasi teatrında gözlənilənlər indi baş verir, çünki Tovuz bölgəsindəki döyüşlər ATƏT-in Minsk Qrupunun nümayəndələrinin Azərbaycana səfərlərindən sonra da lazımi şəkildə qiymətləndirilmədi.

Müstəqil.Az bildirir ki bu sözləri Axar.az-a tanınmış rusiyalı politoloq Qriqori Trofimçuk Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən son hadisələri şərh edərkən deyib.

Onun sözlərinə görə, problemin qəsdən “əyləcsiz buraxıldığı”, sərhəddə hərbi əməliyyatların davam edib-etməyəcəyinin isə Minsk Qrupunu o qədər də maraqlandırmadığı təəssüratı yaranır:

“Və heç bir qiymətləndirmə olmadığından, iyul təcavüzünün günahkarlarının adı açıqlanmadığı üçün bütün bunlar indi, sentyabrda davam edir. Tovuz hadisələrinin ilk günündə dediklərimi bir daha təkrarlayacağam: qurbanların hamısı ATƏT-in Minsk Qrupunun “ayağına yazılır” və indi kiminsə bu qrupdan hesabat alması vaxtıdır. Qoy indi məhz o, heç olmasa, bütün zərərçəkənlərə təzminat ödəsin. Bakının əlində məsələnin bu cür, daha konkret qoyuluşu üçün bütün imkanlar var. Ümumiyyətlə: ATƏT-in Minsk Qrupunun adının, deyəsən, Minskdə baş verən hadisələri nəzərə alaraq, keçmişdə qalması lazımdır. Heç bir beynəlxalq platforma üçün “Minsk” adı artıq sabitlik anlamını daşımır”, – deyə rusiyalı ekspert bildirib.

“Buna görə də ən çox gözlənilən nəticə elə müharibədir, sadəcə, sərhəddə aparılan müharibədən daha geniş bir miqyasda. Rusiya Federasiyası Ermənistan tərədində nəinki döyüşməyəcək, “Paşinyan naminə” heç kömək də etməyəcək. Bu fonda Ermənistanda hakimiyyəti dəyişdirmək üçün daxili cəhdləri istisna etmək olmaz, xüsusən də oradakı yerli müxalifətin artıq yenidən birləşməyə başladığı bir vaxtda”, – politoloq fikrini tamamlayıb.

Əli, Rəfiqə

mersin escort