Bütün dünya 90 gün ərzində virusa yoluxa bilər, amma şad xəbər də var… – İsrailli biofizik

Nobel mükafatçısı, israilli biofizik Mixael Levitt Çində koronavirus infeksiyasının azalmasının “koronavirus pandemiyasının sonunun yaxınlaşdığına” işarə vurduğunu bildirib.

Müstəqil.Az oxu.az-a istinadən xəbər verir ki, biofizik Çinin Hubey əyalətində yaşayan həmkarları ilə məsləhətləşdikdən sonra araşdırma aparmaq qərarına gəlib.

O, infeksiyaya yoluxanların sayının hər gün 30% artaraq, yayılmanın eyni templə davam etdiyi təqdirdə bütün dünyanın 90 gün ərzində virusa yoluxa biləcəyini qeyd edib. Ancaq Levitt rəqəmlərin artması ilə birlikdə ümumi görüntünün dəyişdiyini anlayıb.

Belə ki, fevralın 1-nə olan statistikaya nəzər yetirildiyi zaman Hubey əyalətində gündə 1800 yeni yoluxma hadisəsinin ortaya çıxdığı məlum olub. Fevralın 6-da bu say günlük 4700 nəfərə çatsa da, fevralın 7-də vəziyyət dəyişib.

Levitt infeksiyaya yeni yoluxma hallarının sayının azalmağa başladığını müşahidə edib və bunun pandemiyanın nə zaman bitəcəyini daha yaxşı təxmin etməyə imkan verdiyini bildirib.

O, Çində vəziyyətin iki həftə ərzində yaxşılaşacağı, virusun tamamilə yox olacağı qənaətinə gəlib.

mersin escort