MDB ölkəsi böyük qırğın ərəfəsində: Rusiya hədələdi – Şok gəlişmə

“Ukrayna mayın 3-də Krımda təxribata hazırlaşır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, Krım Tatar Məclisinin Rusiyanın işğalı altındakı bölgəyə azadlıq yürüşü haqda yayılan məlumatlara münasibət bildirib:

“İndi yeni bir təxribat hazırlanır . Krım Tatar Məclisi adlandırılan təşkilat “Krıma yürüş” adı altında mayın 3-də Rusiya dövlət sərhədləri boyunca yarımadaya girmək niyyətindədir”.

Ukrayna Krım Tatar Məclisinin sədri Refat Çubarov Rusiyanın işğalı altındakı Krım bölgəsinə yürüşün keçiriləcəyini açıqlayıb. Yürüşdə iştirak edənlər bütün müqavimətlərə baxmayaraq, yarımadaya girməkdə israrlıdır.

Krımın “başçısı” Sergey Aksyonov bütün vasitələrdən istifadə edərək, tatarların yürüşünü dayandıracağına söz verib.

Mənsur Rəğbətoğlu

mersin escort