Hüseyn Sözlüyə Uluslarası Qızıl Medal verildi

Tanınmış şair-bəstəçi Hüseyn Sözlü nüfuzlu ödüllə mükafatlandırılıb

Müstəqil.Az xəbər verir ki,  Türk Dünyası Araştırmaları Uluslararası Elmlər Akademiyasının təsis etdiyi  Uluslarası Altun Medalyası şair – bəstəkar Hüseyn Sözlüyə ədəbi  və bəstəkarlıq fəaliyyətinə görə təltif edilib.

Hüseyn Sözlünün Türkiyədə və digər türkdilli dövlətlərdə işıq üzü görən şeirləri, eləcə də  Azərbaycan və Türkiyə şairlərinin sözlərinə bəstələdiyi onlarla mahnının müəllifinə gətirdiyi uğur həm də ədəbiyyatımızın uğurudur.

Xatırladaq ki, Türk Dünyasının tanınmış ismlərinin  adları Türk Dünyası Araşdırmaları Akademiyasının fəxri üzvləridir.  Azərbaycandan Arif Paşayev, Ramiz Mehdiyev, Abel Məhərrəmiov, Xoşbəxt Yusifzadə, Əyyub Əyyubov, Yaqub Mahmudov, Rəbiyyət Aslanova və digərlərinin də adı var.

Bu vaxta qədər Rauf Deniktaş, Bəxtiyar Vahabzadə, Anar,  İnqil ab Nadirov və Türk Dünyasının başqa tanınmış adamları Türk Dünyası Araştırmaları Uluslararası Elmlər Akademiyasının təsis etdiyi  Uluslarası Altun Medalyasına təltif ediliblər.

Müstəqil.Az

mersin escort