Koronavirusla bağlı ŞAD XƏBƏR: virusa yoluxanların 83%-i sağaldı

Çində yeni tip koronavirusa yoluxanların 83%-i sağalıb.

Publika.azxəbər verir ki, bu barədə Çin Sağlamlıq Komitəsi məlumat yayıb.

Məlumata əsasən, virusa yoluxanların sayı hər ötən gün azalır. Onlardan 82,7%-i artıq xəstəxanadan evə buraxılıb.

Ölkədə koronavirusdan ölüm halları 3,95% təşkil edir.

Son məlumatlara görə, virusa yoluxan 80 844 nəfərdən 66 911-i sağalıb. Bu isə 82,7% deməkdir.

Epidemiyanın yayıldığı Hubey əyalətində koronavirusa yoluxanların sayı 67 794 nəfər təşkil edirdi ki, onlardan 4,5%-də ölüm halı qeydə alınmışdı.

Uhanda isə bu göstərici 4,91% təşkil edir.

Koronavirus indiyədək Çində 3199 nəfərin həyatına son qoyub. Ölkə üzrə virusdan ölüm halları 3,9% təşkil edir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 11 martda yeni tip koronavirusu pandemiya elan edib. 12 martda isə Çin Sağlamlıq Komitəsi bəyan etdi ki, epidemiyanın pik həddi başa çatıb.

 

Müstəqil.Az

mersin escort