ÜST rəsmisindən virusun yayda azalacağı xəbərlərinə münasibət

“Pandemiyanın yay aylarında səngiyəcəyi ilə bağlı onu deyə bilərəm ki, xəstəlik artıq dünyada, xüsusilə Çində azalmağa başlayıb”.

Müstəqil.Az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, bunu Ümümdünya Səhiyyə Təşkilatının missiya rəhbəri Karolina Braun Bakıdakı mətbuat konfransında deyib.

O, bu haqda əvvəlcədən danışa bilməyəcəyini vurğulayıb:

“Bu xəstəliyin yayda Azərbaycanda özünü necə aparmasını proqnozlaşdıra bilmərik. Amma əsas məsələ odur ki, xəstəliklə mübarizə tədbirləri tam güclə davam etdirilsin”.

mersin escort