Milli Məclisin yeni sədr müavini İbrahimli… – Daha bir ilk

Vətəndaş Həmrəyliyi Partiyasından olan deputat Fəzail İbrahimli Milli Məclis sədrinin müavini vəzifəsinə seçilib.

Müstəqil.Az  xəbər verir ki, Fəzail İbrahimli 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub.

Azərbaycan Pedaqoji Universitetinin Tarix fakültəsində ali təhsil F.İbrahimli 1973-1977-ci illərdə Yardımlı rayonunun Çanaxbulaq kənd məktəbində müəllim işləyib.

1979-1982-ci illərdə Bakı Dövlət Universitetinin əyani şöbəsində aspirant, 1982-ci ildən Bakı Dövlət Universitetində Kommunist Partiyası Tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Hazırda Azərbaycan Tarixi kafedrasının professorudur.

1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvü olan İbrahimlinin bir monoqrafiyası, bir kitabı, bir dərsliyi və 60-a qədər elmi məqaləsi var.

2000, 2005, 2010, 2020-ci illərdə keçirilən parlament seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasından Milli Məclisə üzv seçilib.

Qeyd edək ki, müxalifətdən olan deputatın vitse-spiker seçilməsi ilk dəfədir.

Nərmin Ə.

mersin escort