Yeni çağırış parlamentin deputatlarının hamısı həkim müayinəsindən keçdilər

Yeni çağırış Milli Məclisin deputatları koronavirusla (COVID-19) əlaqədar həkim müayinəsindən keçiblər.

Bu barədə Oxu.Az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

O bildirib ki, deputatların heç birində adıçəkilən xəstəliyin əlamətləri aşkarlanmayıb.

Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Milli Məclisə növbədənkənar seçkilərin nəticələrini təsdiqləyib.

Fevralın 9-da keçirilən seçkilərlə əlaqədar 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran Kənd və 80 saylı İmişli-Beyləqan Seçki dairələrinin nəticələri etibarsız sayılıb.

Buna görə də Konstitusiya Məhkəməsi 121 nəfərin deputatlığını təsdiq edib.

mersin escort