Murad Dadaşov verilişi bağladı, Tolik səbəbini dedi

Xəzər TV-də üç ilə yaxındır “Hər şey daxil” layihəsinin həm rəhbəri, həm də aparıcısıyam. Bu müddət ərzində məni sevən də, sevməyən də qəbul edib. Düzdür, insanların gözü bir şey görməyə öyrəşsə də, düşünürəm ki, dəyişmək, yenilənmək lazımdır. Gərək göz yorulmasın.

Müstıqil.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri prodüser Tarix Əliyev (Tolik) “Hər şey daxil” verilişinin dayandırılması ilə bağlı yazıb.

O, daha sonra fikirlərinə belə davam edib:

“Yeni rəhbərim Murad Dadaşov məni 10 ildir tanıyır. Məhz onun sayəsində 3 dəfə ölkənin ən reytinqli realiti şousu olan “Maşın”ın iştirakçısı olmuşam. M.Dadaşovun əməyi ilə geniş kütləyə təqdim olunmuşam. O ki qaldı “Hər şey daxil”in bağlanmasına… Bu, son deyil. Yaxın zamanda Xəzər TV-də yeni layihəmlə qarşınızda olacam. Murad Dadaşov istəsəydi, məni kanalda uzaqlaşdıra bilərdi. Amma o, potensialımı yüksək qiymətləndirərək, mənə etimad göstərir. Təşəkkür edirəm. Məni dəstəkləyən də, dəstəkləməyən də sağ olsun”.

Qeyd edək ki, verilişin bağlanmasına Əməkdar artist Elza Seyidcahanla müğənnilər Mətanət Əsədova və Manaf Ağayev arasında yaşanan qalmaqal səbəb olub.

Müstıqil.Az

mersin escort