“Velobərbər” xidməti ilə üç övlad böyüdən, halal zəhməti ilə yaşayan xanım…- İBRƏTAMİZ…

Bir də İbrətli, örnək olan Xanımları Tanıyın!
Cəmiyyət və dövr-ü zaman o qədər korlanıb ki, gözümüz ancaq cəmiyyətin üz qaralarını görür. 1400 il öncə İslam Peyğəmbəri Hz. Məhəmməd s.a.v bəlkədə məhz bu dövr üçün Axır-zamanın əlamətlərin qeyd edərkən “YAXŞILAR PİSLƏRİN İÇİNDƏ YOX KİMİ GÖRÜNƏCƏK” fikrini bizlərə mesaj olaraq bildirmişdir.
Hər nə qədər tək başına həyatın ağır yükünə dözməyərək sınan, əyilən, əzilən “qadınlar” çox olsa da, tam əksi, həyatın yükünü mərdi- mərdanə, qeyrəti və zəhməti ilə çiyinlərində alnı açıq, üzü ağ, alın təri ilə daşıya bilən nümuməvi xanımlar da az deyil.

Məhz belə xanımlardan biri Xaçmaz rayonunda yaşayan, atasızlıq hiss etdirmədən, həm ata, həm ana əziyyəti ilə 3 oğul böyüdən Leyla Fətəli xanımdır.
Xanım bütün maddi çətinliklərini önündən ataraq çox çətinliklərə qatlanaraq Biznes layihələrə, təlimlərə qoşulub Səyyar saç kəsimi ilə bəlkə də ölkədə yeniliyə imza atıb.

Xaçmaz rayonunda Velobərbər xidməti ilə məşğul olan Leyla xanım həm evindən çıxıb salona gedə bilməyən xanımlara 1 zənglə xidmət edir, həm də sözün həqiqi mənasında alın təri ilə 3 oğul böyüdür.
Gözümüz öyrəşib “zəhmətsiz” yollarla bahalı avtomobillərdə, təmtəraqlı evlərdə övlad böyüdənlərə.
Gözümüz öyrəşib qeyrəti olmayıb qeyrətdən danışanlara. Gözümüzü azca sağa çevirib həyatın çətinliklərinə əyilməyən Leyla kimilərə baxmalı və görməyənlərə nümunə göstərməliyik.
Çünki, Leyla xanım məhz o xanımdır ki, evində böyüyən 3 oğulun adlarının, vicdanlarının daim təmiz olaraq böyüyüb zəhmətkeş ANALARI ilə fəxr etmələri üçün, başlarını aşağı əyməmələri üçün zəhmət çəkərək öz başınıda aşağı edəcək yollarla qazanc əldə etmir.

FƏXR EDƏK Kİ, TORPAĞIMIZDA, RAYONUMUZDA ÖLKƏYƏ NÜMUNƏ OLACAQ XANIMLAR YAŞAYIR. BELƏ İNSANLARA  HAMIMIZ DƏSTƏK OLMALIYIQ!
Rahid Hüseyn
Müstəqil.AZ

 

mersin escort