Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqlədi – YENİLƏNİB-3 – CANLI YAYIM

Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsini təsdiq edib.
 
Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Plenumun qərarını elan edib.
Qərara əsasən, Konstitusiya Məhkəməsi Milli Məclisə seçkilərinin nəticələrini təsdiqləyib.

Qərar elan olunan andan qüvvəyə minib.
 
***
11:30
 
Çıxışlardan sonra hakimlər müşavirəyə yollanıb.
 
Müşavirədən sonra seçkilərlə bağlı Konstitusiya Məhkəməsinin yekun qərarı elan olunacaq.
 
***
10:31
 
İclasda məruzəçi hakim Rövşən İsmayılov Milli Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verib.
 
Məruzəçi hakim qeyd edib ki, Mərkəzi Seçki Komissiyası (MSK) fevarlın 9-da VI çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib və təqdim edilən sənədlər yoxlanıb.
İclasda daha sonra hakim Rəfael Qvaladze seçkilərlə bağlı məhkəmələrə daxil olan şikayətlər barədə məlumat verib.
Respublika Prokurorluğu bildirib ki, prokurorluq orqanlarına seçki hüquqlarının pozulması ilə 67 şikayət təqdim edilib, həmin şikayətlər aidiyyatı üzrə MSK-ya göndərilib və seçkilərin nəticələrinə təsir göstərməyib.
İclasda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çıxış edir.
 
***
10:14
 
Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası başlayıb.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Konstitusiyanın 86-cı maddəsinə uyğun olaraq, 2020-ci il fevralın 9-da VI çağırış Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılır.
Məhkəmə baxışı başa çatandan sonra Konstitusiya Məhkəməsi qərar qəbul edəcək.
Plenumun iclasını açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib.
(report)
mersin escort