Bu ölkədə “korona”ya yoluxanlar adaya göndərilir

İndoneziyada koronavirusa yoluxan xəstələr 1979-1996-cı ildə Vyetnam qaçqınlarının saxlanıldığı düşərgəyə göndərilir.

Müstəqil.az xarici mediaya istinadən xəbər verir ki, virusa yoluxmuş xəstələrin göndərildiyi düşərgə Qala adasında yerləşir. Həmin adada 1979-1996-cı ildə qaçqınlar üçün istifadə edilmiş binalar var və bina təmiz su və elektrik enerjisi ilə təchiz olunur. Ölkə rəsmiləri bildirib ki, düşərgə həm karantin mərkəzi kimi, həm də xəstələrin müalicəsi üçün istifadə ediləcək.

Həmin xəstəxana eyni vaxtda 1000 xəstəni qəbul etmək imkanındadır və burada izolyasiya olunmuş otaqlar da fəaliyyət göstərəcək. Adada yerləşən xəstəxanada bərpa işləri bir ay ərzində başa çatdırılacaq.

Xatırladaq ki, martın 2-də İndoneziyada iki nəfərdə yeni koronavirus aşkar olunub.(Axar.az)

 

Müstəqil.Az

 

mersin escort