“Açıb oxuyuram göz yaşlarımı, “Sənin məktubunu aldım”yazılıb…” – Ülkər Nicatlı

 

 

 

Müstəqil.Az  bu yaxınlarda “Yaralı arzular” adlı yeni şeirlər kitabı işıq üzü görmüş gənc yazar Ülkər Nicatlının şeirlərini təqdim edir:

 

 

Arzular üşüyür

 

Qəlbim ağrılara əsir düşübdü,
Bir dərdin içindən min sirr düşubdü.
Ömrümdən bəxt payım kəsir düşubdü,
Dəryalar tökülür gözümdən, Allah.

Bu sevgi könlümdə var oldu yoxdan,
Qan damır bextimə sancılan oxdan.
Ruhum bədənimdən uçubdu coxdan,
Xəbərim olmayıb özümdən, Allah.

Qəfil uralanıb bəhərim, barım,
Yandırır sinəmi dərdim, qubarım.
Sənin pay verdiyin sərvətim, varım,
Talanıb dağımdan,düzümdən, Allah.

Həsrətə doğmayam ,vusala yadam,
Dərd dolu sevgidir günahım,xətam.
Məni misra -misra oxuyan adam,
Gözlərin nəm çəkər sözümdən, Allah.

Ülkər, qərib-qərib sızlayır ürək,
Bəxt bir əlçim duman, taleyim külək.
Sinəmdə bir ocaq qalayıb fələk,
Arzular üşuyür közümdən, Allah.

Qürbət məktubu.

Bu gördüyün suyun üzü
Gözlərim tek nemdi,anam.
Bir adımı sən qoymusan,
Bir adım kı, qəmdi anam.

Mənə çaldığın laylanın,
Duzu bir az çox düşübdu.
Bəxt hamıya bir şey verib,
Mənə isə “yox” düşübdü.

Bu köynəyi qanlı ümid,
Hansı bəxtin güzgüsüdü?!
Üzünə adam çilenib
Gözü dolmuş güzgü-sudu.

Üst-başı qürbət qoxulu,
O adamı çağır, anam.
Göz yaşını borc ver ona,
Qoy sevinsin fağır, anam.

Əli xınalı əcəlin,
Ovcunda bir anam, anam.
Mən bir qürbət misrasıyam,
Dodağımda: anam , anam.

Burax bu misranı…

 

Yamyaşıl misralar uçur havada,
Birinin üstünə adım yazılıb.
Açıb oxuyuram göz yaşlarımı,
“Sənin məktubunu aldım”yazılıb.

Hopub üst-başıma qürbət qoxusu,
Tanrıya yazıram bu gileyimi.
Bir misra üzümə çırpır özünü,
Bu dünya şairə vətən deyilmi?!

Susur dilimdəki “azadlıq” sözü,
Azadlıq meydanı susduğu kimi.
Ele gülümsəyir kədər üzümə,
Leyli öz əhdini pozduğu kimi.

Bu yaşıl misranın gözlerinə bax,
Çevir həqiqəti bayraq üzünə.
Görən bu misranın günahı nədir,
Niyə həsrət qalıb varaq üzünə?!

Burax bu misranı, qoy uçub getsin
Dincəlmək vaxtıdır, daha gecədir.
Mənə inanmırsan, özün bilərsən
Soruş ağaclardan saat neçədir?

Agrı yolları.

Məhəbbət ətirli misralarım var,
Mən bir oxunmamış kitab kimiyəm.
Ürəklər öyrənsin vəfa dersini,
Sevgi dünyasına xitab kimiyəm.

Həsrət yanğısını basıb bagrıma,
Özümdən özüme yol eyləmişem.
Yadlar əzabımı görməsin deyə,
Dərdi ürəyimdə xal eyləmişəm.

Çıçəkli anlarım xezana dönüb,
Ələnib bəxtimə fələyin qarı.
Hələ də ilk görüş yerindən keçır,
Ömrümün ağrıdan keçən yolları.

 

Ülkər Nicatlı

Müstəqil.Az

mersin escort