Qaldı əlimizdə nə qədər şəkil , izi silinməyən neçə xatir

Aida Adıgözəl

Bizim yarım hekayəmiz…

Biz cəmi bircə yaz , iki də payız
bir də ki, ömürlük qış fəsli gördük .
Buz soba önündə yanan ürəklə
keçmişə göz dağı çələngi hördük .
Hördük…

Qaldı ağrılardan , küskünlüklərdən
nə qədər göz yaşı dolu misralar .
Yığdıq qalaq -qalaq ürəyimizə
içi sağalmayan qanlı yaralar .
Bitməyən …

Qaldı əlimizdə nə qədər şəkil ,
izi silinməyən neçə xatirə ,
…bilmirəm , hansımız əlimiz gələ
bu eşq hekayəsin silib bitirə .
Gəlməz…

Bilirəm , yazacam yenə də sənə …
bəlkə də illərlə davam edəcək .
Bilirəm bu ürəyi … mənimsə əgər
ömrüm bitənədək sənlə gedəcək .
Gedəcək…

01.03.2020

Aida Adıgözəl adlı şəxsin şəkli.

Küknarla söhbət

Pəncərəm önündə küknar ağacı ,
küləyin çaldığı havaya oynar .
Əyilər gah sağa , gah da ki, sola 
külək budaqların öpər, darayar.
Utanma , öpüşdən küknar ağacı
neçə həsrətli var gözü yollarda
gəlsin uzaqlardan gözün sevdiyi
uyusun, məst olsun möhkəm qollarda .
Yaman nazlanırsan küknar ağacı ,
dünən sən deyildin göyə yalvaran ?
İlahi , qəfildən bir külək əsdir
sıxıb sıxmalayıb suyum çıxaran?
İlahi eşitdi , verdi bəlanı…
girdin ağuşuna , bərk yellənirsən.
İtirib başını eşqin dəmindən
məst olub sərxoşca gicəllənirsən .
Yaman paxıllığım tutur sənə ,qoy deyim….
bəlkə ilahiyə mən də söyləyim ?
Mənim də bəlamı versin ilahi ,
uzaqdan qayıtsın gözün sevdiyim .

Səssiz müharibələr

Keçmiş xatirələr sənə əmanət …
yolun sonu çatdı…getmək vaxtıdır .
Nə hələlik , nə xudahafiz , əlvida 
susaraq səssizcə itmək yaxşıdır .

Bitdi … uşaq kimi dava -davalar,
küsmək oyunları … sən ha naxışla ,
tikəsi qaldımı qırdığın qəlbdən
süzəsən laqeydcə , soyuq baxışla ?

Doğru. ..darıxacam baxışlarınçın
tumar tanımayan soyuq əlinçin .
Bəlkə də , haçansa yadına düşsəm
dönərsən keçmişə , köhnə dəlinçin .

İndi sətirlərin müharibəsi ,
indi misraların döyüş meydanı
kimin səbri çatsa dava sonuna
kimsə lənətləyər o kor şeytanı .

Gedirəm əliboş , bezmiş , usanmış…
yorulmuş qəlbimi çəkən gücüm yox ,
ləpə sığınsa da qaya koğuşuna
dalğa ləpədən də qüvvətlidir çox …

25.02.2020

Aida Adıgözəl adlı şəxsin şəkli.
mersin escort