Noğul kimi “şirinləşir…” dərdimiz, bu dərdi kim gətirdi bu vətənə?

“MƏN ŞAİR DEYİLƏM, DƏDƏM BALASI…”

Mən şair deyiləm, amma qəlbimi şumlayan  elə dərdlər var ki, onları  DİLƏ gətirəndə  nəzm kimi  alınır. Arxivimdə   nəzmlə qələmə aldığım bir kitablıq yazılarım var. Təqribən 40-42 il əvvəl bir neçə mənzum yazım  dövrü mətbuatda, hətta “Azərbaycan gəncləri” qəzetində dərc olunub. Sağ olsun istedadlı şair dostum  Faiq Balabəyli.  məsləhət bildi ki, AzərNUR imzasıyla yazdığım o şirlərdən  bir neçəsini “Müstəqil az” saytına təqdim edim.  Buyurun siz də tanış olun!

Nurəddin Ədiloğlu

 

  BU DƏRDİ KİM GƏTİRDİ BU VƏTƏNƏ?

 

Şair Arif Fərzəlinin “Bu söyüdü kim gətirdi bu bağa” şeirinə bənzətmə

Ağlar günə qoydular bu milləti,
bu dərdi kim gətiridi bu vətənə?
Allah qıymaz millətə bu zilləti,
bu dərdi kim gətirdi bu vətənə?
 
Xoş ümidlə yaşayırdı hər kişi,
Yurd sevgisi daşıyırdı ər kişi,
Nər oğluna oxşayırdı nər kişi,
bu dərdi kim gətirdi bu vətənə?
 
Göz yaşardır, sinə deşir dərdimiz,
Gündən-günə dəbdən düşür dərdimiz,
Noğul kimi “şirinləşir…” dərdimiz,
bu dərdi gətirdi bu vətənə?
 
Mat qalmışam başda duran heyyətə,
Ortaq olub şeytanla bir niyyətə,
Məmurları zülm eyləyir rəyyətə,
bu dərdi kim gətirdi bu vətənə?
İçimizdə tüstülənir arzumuz,
Düşmənlərə qismət olur ruzumuz,
Gözün tutsun çörəyimiz- duzmuz,
Bu dərdi kim gətiribsə VƏTƏNƏ…

01.06.2015

ELEGİYA

 Dərd gəmirir ömrün-günün çoxunu,

Qəm kotanı şırım açır könlümdə.

 Şər qüvəllər  fırladır  yer  oxunu

Artır hər gün   qan –qada da, ölüm də…

 

Talançılar sərvət yığır bəhsə bəhs,

Elsəvənin  əvvəl-axır işi nəhs.

Kəcrəftarın  işi-gücü kəsha-kəs.

Qayçılanır günüm, ayım, ilim də!

 

Məğlub  olur  FƏRsizlərə  FƏRDimiz,

Əsir düşür nəmərdlərə MƏRDimiz,

Serial tək tükənməyir DƏRDimiz,

Baş roldadı zalımlar hər bölümdə…

 

Dilim gəlmir qarğış edəm fələyə,

Fələk oğlu, özü düşüb tələyə.

Millət uyub kələkbaza, kələyə

Haqqın şamı söndürülür külümdə…

 

YARADANIN bəndəsiylə nə qəsdi?

Yol – yolağı yağı tutdu, dost kəsdi,

Həyatıma hicran yeli tez əsdi…

Erkən soldu bağ-baxçamda gülüm də.

 

Alovlandı neçə OCAQ  közümdən

Haqqı dedim, incidilər sözümdən,

Belə getsə, gedəcəyəm özümdən,

AĞI bitir qələmimdə, dilimdə…

 

Pisə  necə yaxşı deyim yalandan,

Adam bezir yalanla can alandan,

Azərnuram, QARABAĞSİZ qalandan,

Qərib kimi dolaşıram elimdə…

                             07.12.2016

 

Virtual sevgiyə öyrətmə məni…

 

 

Ruhumuz sevgiyə burda  oldu ram ,

Bizdən öncə duydu vüsalın dadın.

Setin bu başında mən alışıram,

Setin  o başında  sən  – tənha qadın…

 

İnternet  gör bizi nə hala saldı,

Virtual  sevginin  mənası varmı,

Yalançı sevgilər  artıb –  çoxaldı,

Yar yarın görməsə, sevgi  olarmı?

.

Kül olar  ruhumuz  hicran odunda.

Virtual sevgiyə öyrəşsək  inan,

Ustadlar  nahaqdan deməyiblər ki

Canan büsəsidir  aşiqə  ehsan.

 

Gəl məni incitmə, heyrnım olum,

Sən də tənhalıqdan çəkirsən  zülüm

Bu qədər virtual  sevişməkdənsə,

Gəl  gerçək sevişək səninlə gülüm …

 

             Bu gecə

 

Dilbəra,   mehmanım  ol,  CAN  evimə  sən bu gecə,

Elə   viranəyə qalmış bədəni şən bu gecə.

***

Yuxumu ərşə çəkibdi gecələr  hicranın,

Halıma şahidsən, ol mənə  həmtən bu gecə.

***

Əl açıb dərgaha –Həqqa dualar eylərəm,

Olmasın   gəldiyin yol, qarla-boran,   ÇƏN  bu gecə.

***

Gəl  gülüm,  gəl, nuş edək, birlikdə eşqin şərbətin

Tər çiçəklə  bəzənib  sevimli  guşən  bu gecə!

***

AzərNUR   kamına çatsın,  səninlə   xoşnud  olsun,

Ömrümün  bağçasını  gəl,  eylə,  gülşən bu gecə

 

     RUH

Gecənin bir vədəsi

Yuxuma gəldin  qonaq

Tutdun sorğu-suala

Eylədin məni   sınaq

 

dedim, səbr elə bir döz,

etibardan saldın söz..

ürəyim oldu köz-köz

Gözündən yağdı qınaq.

 

Ruhun oldu qar kimi

Susdum günahkar kimi,

Dinmədim lal-kar kimi,

Başımda sındı “çanaq”

 

                QƏZƏL

Ey gül,   o şux qamətinin  heyranı mən ollam,

Könlündəki  eşq  baxçasının seyranı mən ollam.

***

Hara  getsən,  keçdiyin    yollarda  –  xəyalən,

Arxanca düşən qos-qoca pirani mən ollam.

***

Sənlə  həmdəm  olalı  qəm ürəyi  tərk elələyib ,

Eşq  səhrasının karvanı sən, sarvanı mən ollam.

***

Canımın  içi dedikcə,   səhər-axşam,  mənə sən,

O  şrin dilininn , ləblərinin qurbanı mən ollam…

**

Gəl demə,  qoca AzərNURun ötüşüb gənc ömrü,

“Min bir gecə”də  yalqızlığının dərmanı mən ollam…

 

        22.02. 2013. Saat 11.47.  

 

 

 

mersin escort