Türkünkü qanaqandı… Həmin qanam, Xocalı!

Sehran Allahverdi

Xocalı!

Səndən sonra nə cisim,
Nə də canam, Xocalı!
Evim, eşiyim qaldı,
Yandı anam, Xocalı!

İçimdə bir səmir var,
Öləmmərəm, əmr var.
Bil, qanımda dəmir var,
Çətin yanam, Xocalı!

 

Sehran Allahverdi adlı şəxsin şəkli.

Bu zülmü Dünya dandı.
Türkü Dünya nə sandı?
Türkünkü qanaqandı…
Həmin qanam, Xocalı!

Mən hər yandan enəcəm,
Mən yagını yenəcəm.
Yetişəcək ünəcən
Mən zamanam, Xocalı!

 

mersin escort