Ərdoğanla Əliyevi güldürən salamlaşma – Video/Foto

Azərbaycana səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşılanma mərasimində azərbaycanlı rəsmilərdən birinin onunla xüsusi şəkildə salamlaşması diqqət çəkib.

Müstəqil.az xəbər verir ki, bu barədə Türkiyənin “Xəbərlər” qəzeti məlumat yayıb.

Qəzetdə yazılıb ki, azərbaycanlı rəsminin Prezident Ərdoğanla salamlaşarkən onun əlini sıxıb silkələməsi maraqla qarşılanıb.

“Ərdoğan onunla belə görüşən azərbaycanlı rəsmi şəxs getdikdən sonra Prezident İlham Əliyevə nəsə dedi və liderlər güldülər”, – bildirilib.

Qeyd edək ki, Prezident Ərdoğanla bu tərzdə görüşən şəxs Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovdur.

Görüşmə anının görüntüsünə təqdim edilən videonun 4:17-ci dəqiqəsindən baxa bilərsiniz:

 

mersin escort