“Usta , ayrılığın şirin yerindən, Ən dadlı günündən bir qab tök mənə…”- Aida Adıgözəl

Dəli arzular

(Aida Adıgözəl)

Usta , ayrılığın şirin yerindən,
Ən dadlı günündən bir qab tök mənə .
Göz yaşı bol olsun , duzlu sevirəm …
Ağrı, əzabından bol – bol çək mənə .

Bir azca kədər səp ,yandırıb yaxsın,
İçinə həsrət qat , sancılar qalxsın.
Ölüm mənə baxsın , dodağı qaçsın,
Qara gecələrdən kəfən tik mənə .

Saçım matəm qoxsun , bədənim ələm,
Cəhənnəm atəşin toy – bayram biləm.
Üsta , qram- qram , səssizcə öləm ,
Çəkməyə dərd- qəm ver, bir az bük mənə .

Gözündən vurulum oxsuz -kamansız ,
Desinlər cəlladmış , dinsiz- imansız .
Öldürdü gizlicə qatil…amansız,
Yarın əllərində əcəl ək mənə .

 

 

Eşq dolu gecə

Bu gecə bir şeir doğulacaq
ikimizin ürəyində…
gözləri sənə bənzəyən ,
əlləri də…
ürəyi isə mənə bənzəyən .
Gözləri sənin kimi sevgi dolu baxacaq
əlləri sənin kimi yazacaq
ürəyi isə mənim kimi sevəcək …
Ağzı sözləri sənin kimi pıçıldayacaq
barmaqları misraları sənin kimi tumarlayacaq
dodaqları mənim kimi öpəcək
usdufca , kəpənək uçuşu kimi
gəzəcək sətirlərin üstündə.
Bir bəndində yağış yağacaq
ıldırım çaxacaq
zil qaranlıq gecəni
bir anlıq gündüzə döndərəcək .
Od düşəcək ildırımdan sinənə …
Bir bəndində yağışdan sonra günəş çıxacaq
yandırıb yaxacaq
istisi hənirin kəsəcək nəfəsimizin
tövşüyəcək yer üzü…
dodağında gömgöy izi qalacaq mehin öpüşünün .
Sonuncu kupleti ürəyimiz yazacaq
cümlələr ilan kimi bir birinə sarılacaq
vergüllər nöqtələri qovacaq ,
suallar nidaları axtaracaq qovuşmaq üçün…
Bu gecə bir şeir doğulacaq …
adı , adı SƏN…MƏN !

 

Müstəqil.az

mersin escort