Polislər müşahidəçiyə niyə güc tətbiq edib?-AÇIQLAMA

Daxili İşlər Nazirliyi Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 8 saylı məntəqədə polis əməkdaşlarının məntəqə daxilində bir nəfərə qarşı zor tətbiq etdiklərini əks etdirən video görüntülərlə bağlı açıqlama verib.

DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı araşdırma aparılıb: “Məlum olub ki, həmin məntəqənin sədri qanunvericiliyin tələbinə uyğun olaraq ərazidə xidmətdə olan polis əməkdaşlarını məntəqəyə dəvət edib və orada olan müşahidəçinin seçki prosesinə yersiz və əsassız müdaxilə etməsini və seçicilərin normal səs vermələrinə maneələr yaratdığını bildirib. Bundan sonra polis əməkdaşları məntəqəyə daxil olaraq həmin şəxsi nizam-intizama dəvət edib və ondan məntəqəni tərk etməsini tələb ediblər. Lakin, o, polisin qanuni tələblərinə məhəl qoymayaraq onlara qarşı müqavimət göstərib. Belə olan halda polislər güc tətbiq etməklə onu məntəqədən kənarlaşdırıb və ciddi xəbərdarlıq ediblər. Bundan sonra məntəqə sədri həmin şəxsin müşahidəçi statusunda olmasını və polisin artıq xəbərdarlıq etdiyini nəzərə alaraq onun yenidən məntəqəyə daxil olmasına icazə verib.

Yeri gəlmişkən, bir daha qeyd etmək istərdim ki, Milli Məclisə növbədənkənar seçkilər zamanı polis, yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda – rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa edib, qanunauyğun tədbirlər görüb”.

Müstəqil.Az

mersin escort