Müsəlman başçıların erməni sevgisi

Moderator.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistanda rəsmi səfərdə olan İordaniya kralı II Abdulla jurnalistlər qarşısında çıxış edərək İordaniya və Ermənistan xalqlarının dost, qardaş olduqlarını deyib:
 “Dünyanın ən qədim şəhərlərindən olan İrəvan mənə sevimli İordaniyanı xatırladır. Şəxsiyyətinə, mədəniyyətinə və inancına sadiq qalan ölkələrimiz və xalqlarımız müasir dünyada xüsusi yer tutur.  Hər iki ölkəmizin perspektivli potensialdan istifadə etmək üçün ikitərəfli əməkdaşlıqdan öyrənilə biləcək çox şey var”.
 İordaniya kralı minlərlə iordaniyalıın Ermənistandan gəldiyini vurğulayıb. “Bunlar ölkələrimizin şərəfidir və incəsənət, təhsil, dövlət qulluğu, biznes və bir çox digər sahələrdə mühüm rol oynayır. Bunlar dostluğumuzun inkişafının davam etdiyi təməldir”- II Abdulla deyib.
Müstəqil.AZ
mersin escort