Laçın sevdası ilə ABŞ-da yaşayan azərbaycanlı

Laçın sevdası ilə ABŞ-da yaşayan azərbaycanlı

Xeyli vaxtdır ki, ABŞ-ın Miçiqan ştatının East Lansing şəhərində yaşayır. Əslən Laçın rayonunun Turşsu kəndindəndir. Orada doğulub, boya-başa çatıb. Laçının müdafiəsində döyüşlərdə iştirak edib. Uzun illər keçsə də hələ də Laçını unuda bilmir. Yurd həsrəti bitib tükənmir ki, tükənmir. Gözünün ağı-qarası, yeganə övladı Nihada da Laçın sevgisini, azərbaycançılığı aşılayıb…

Sözümü qəribliyə salmayın, Amerikada elə soydaşlarımız var ki, övladları azərbaycan dilində bircə söz belə bilmirlər, öz dədə-baba dilində danışmağı bacarmırlar. Nihad isə tam başqadır, ana dili ilə yanaşı bir neçə dil bilir. Azərbaycan, türk, rus, ingilis dillərində mükəmməl danışır. Necə deyərlər, çox ağıllı yeniyetmədir. Artıq neçə vaxtdır ki, futbolla məşğul olur. Maraqlısı odur ki, Nihad təmsil etdiyi komandada üzərində 41 rəqəmi əks olunan libasla oynayır. 41 rəqəmi isə Laçının poçt indeksi və avtomobil dövlət qeydiyyat nişanıdır. Evlərində ona ayrılan otağa girəndə adama elə gəlir ki, uzaq Amerikada deyil, doğma Azərbaycandasan. Otaqda Azərbaycan Respublikasının simvolları göz oxşayır, adama xüsusi zövq verir…

Haqqında söhbət açdığım Aydın Abbasov çox vətənpərvər insandır. Amerikada yaşayan azərbaycanlı kimi buraya gələn hər bir soydaşımıza qardaş münasibəti göstərir.

Deyir ki,- “Qəribliyin nə olduğunu yaxşı bilirəm. Amerikada məskunlaşdığım ilk vaxtlarda çox əziyyət çəkmişəm. İstəmərəm ki, yeni gələn həmvətənlilərim də bu ağrı-acını yaşasınlar”…

Ömür-gün yoldaşı Elmira xanım da həmçinin, bir ana, bir bacı sayğısı ilə azərbaycanlılara yanaşır, onların qayğısını cəkir..

Amerikalılar evdə yemək hazırlamağı xoşlamırlar. Süfrələrində yarımfabrikat məhsullara daha çox yer ayırırlar. Elmira xanımın süfrəsində isə yalnız Azərbaycan təamlarını dadmaq olar. Çox mehriban, qayğıkeş, qonaqpərvər xanımdır…

Aydın heç də ömür-gün yoldaşından geri qalmır. Azərbaycanın adı gələndə gözləri gülür, sevincindən yerə-göyə sığmır.

Deyir ki,- “Miçiqana gələn hər kəs bilsin ki, burada Aydın adında bir qardaşı var. Hər zaman xidmət göstərməyə hazıram”…

Sonuncu dəfə ondan ayrılanda gözləri yaşardı. “Kaş biləydin, sizdən ayrılmaq mənə necə çətindir”- söylədi…

Bəli, ABŞ-ın Miçiqan ştatının East Lansing şəhərində Aydın adında bir soydaşımız var. Laçının dağları kimi vüqarlı, çeşmələri qədər saf. Qapısı həmişə azərbaycanlıların üzünə açıqdır…

Elman Eldaroğlu

La imagen puede contener: 1 persona, primer plano e interior
La imagen puede contener: 3 personas, personas sonriendo
La imagen puede contener: 1 persona
La imagen puede contener: casa, árbol, cielo y exterior
La imagen puede contener: 3 personas, personas de pie
mersin escort