“Mərmiləri islatmışdı Quşların səsi…” – Allahşükür Ağa

Tankçı

(Allahşükür Ağa)

Mənim çiçəklərimi
Küləklər apardı kiməsə.
Aparıb taxdı
bir tank lüləsinə
deyəsən…

Quşlar da uçub doluşdular
tank lüləsinə.
Çiçəklərin xətrinə
orda yuva qurdular deyəsən.

Bir azdan səs gəldi –
Sarı dimdiklərin səsi…

Gör axırda tankçı neylədi?
Yığıb şələ-şüləsini
Getdi hərbi hissəyə.
Elə bircə kəlmə deyə bildi:
Biz məğlub olduq…

Mərmiləri islatmışdı
Quşların səsi.

Müstəqil.Az
mersin escort