İki umidsiz -Aysel FİKRƏTİN yeni şeiri

İki ümidsiz

Söküldü dan yeri, səhər açıldı,
Çoxdandı görünmür gecədən bir iz.
Yarıyuxuluydu o gün duyğular,
Yığışıb gedirdik, iki ümidsiz.

Mən onda bilmirdim, sonradan mənə,
Bu doğma baxışla yad olacaqsan.
Yoxsa dayanardım yolu yarıda,
Bilmirdim, beləcə unudacaqsan.

O gün yol uzandı, səhvmi getmişdik?
Sonra yuxu tutdu, yuxuya gəldin.
Vallah, mən bilmirdim, həqiqət nədi,
Bəlkə də bir ömür yuxuda idin.

Onu bilirəm ki, daha gecikdin,
Sonuncu zərrəni, izi itirdik.
Sənə bir sirrim var, yaxın gəl, deyim,
Bilirsən, biz bu gün bizi itirdik.

Mən ha istədim ki, qurtarım dərddən
Son zaman çox küsdüm uzaqlığına.
Elə bilirdin ki, dözəcəm sənsiz,
İnandın məhəbbət ucalığına?

Elə darıxırdım əvvəllər, elə,
İndi darıxmağa gücüm tükənir.
Demək istəyirəm, gəl uğur dilə,
Daha yollarıma, yağış çilənir.

Elə adisən ki, elə yadsan ki,
Daha nə sağ olsan, nə görüşərik.
Necə gözəl idi baxışın, necə,
Ayrılıq sevgiylə ömürlük şərik.

Söküldü dan yeri, səhər açıldı,
Çoxdandı görünmür gecədən bir iz.
Yarıyuxuluydu o gün duyğular,
Yığışıb gedirdik, iki ümidsiz.

Aysel Fikrət

Müstəqil.Az

Aysel Fikrət adlı şəxsin şəkli.
mersin escort